“Qostəreşe fulad” klubunda yeni təyinat: Xorvatiyalı baş məşqçi ilə müqavilə imzalandı

“Qostəreşe fulad” klubunda yeni təyinat: Xorvatiyalı baş məşqçi ilə müqavilə imzalandı

GünAz TV: Təbrizin “Qostəreşe fulad” futbol klubunun icraçı direktoru, 17-ci super liqa yarışlarında komandanın baş məşqçisinin təyin edilməsi haqqında qərar qəbul edib.


Qərara əsasən xorvatiyalı məşhur baş məşqçi Luka Bonaçiç “Qostəreşe fulad”ın rəsmən baş məşqçisi təyin olunub. Bu, klubla baş məşqçi arasında əldə olunan razılıqdan və mayın 10-da imzalanan müqavilədən sonra baş verib.


2011-ci ildə də “Qostəreşe fulad”ın baş məşqçisi olan Luka Bonaçiçin gələn həftədən işə başlayacağı bildirilir.


16-cı super liqa yarışları başa çatdıqdan sonra Təbriz komandasının baş məşqçisi Fəraz Kəmalvənd və klubun müdiri Qulamrza Səməndər tutduqları vəzifədən istefa veriblər, İdarə Heyəti Huşəng Nəsirzadəni klubun yeni müdiri kimi təqdim edib.


N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN