Rejimin Zəncanda Nardaran hadisələri ilə bağlı keçirəcəyi mərasimə Azərbaycandan dini ekstremistlərin tərəfdarları da qatılacaq

2017-11-29 10:30

GünAz TV: İran rejimi iki il öncə Azərbaycanın Nardaran qəsəbəsində polis əməliyyatı zamanı öldürülən islamçı ekstremistlərlə bağlı Güney Azərbaycanın daha bir şəhərində mərasim keçirməyə hazırlaşır.

 

Sözdə “Nardaran şəhidlərinin beynəlxalq anım mərasimi” adı altında keçiriləcək mərasimə Azərbaycan Respublikasından başqa Livan (Lübnan), Yəmən, Fransa, İngiltərə, Nigeriya, Bəhreyn, İndenoziya və İraq ölkələrindən də qonaqlar dəvət olunub.

 

Rejim tərəfindən yayılan məlumata görə, mərasimdə Azərbaycan Respublikasından ekstremistləri dəstəkləyən “Mübariz Ruhanilər Cəmiyyəti”nin rəhbəri Tövhid İbrahimbəyli geniş məruzə ilə çıxış edəcək. Mərasimə Azərbaycandan radikal fəaliyyəti ilə seçilən İslam Partiyasının üzvlərinin də qatılacağı gözlənilir.

 

Mərasim noyabrın 30-u yerli vaxtla saat 21:00-da Zəncanın Şöhəda Hüseyniyyəsində baş tutacaq.  

 

“Təşəyyünün (şiəlik) Beşiyi Müəssisəsi” isə noyabrın 26-da Nardaran hadisələri ilə bağlı Təbriz, Ərdəbil və Qum şəhərlərində oxşar mərasimlər keçirib. Əli Xameneinin əyalət nümayəndələri kimi rəsmi şəxslərin qatıldığı mərasimlərin sonunda Azərbaycan əleyhinə bəyanatlar yayılıb.

 

İran rejiminin Azərbaycan Respublikasının əleyhinə belə mərasimlər keçirməsi güney azərbaycanlıların etirazına səbəb olub.

 

İran rejimi, Azərbaycan Respublikası 1991-ci ildə müstəqilliyini yenidən bərpa etdikdən sonra bu ölkəni müxtəlif təhdid və təzyiqlərlə üz-üzə qoymağa çalışır. Ekspertlərin fikrinə görə, İranın Azərbaycanda dini ekstremist qruplar yetişdirmək, ölkəyə casuslar göndərmək, işğalçı Ermənistana yardım etmək, və s. kimi cəhdləri Azərbaycanın müstəqilliyi və dövlətçiliyinə qarşı yönəlib.

 

Xatırladaq ki, 2015-ci il noyabrın 26-da Azərbaycanın hüquq-mühafizə orqanları Nardaranda xüsusi əməliyyat keçirərkən, polis qüvvələri İran rejiminin təsiri altında olduqları deyilən islamçı ekstremistlərin atəşinə məruz qalmışdır. Bundan sonra polisə müqavimət göstərən dəstənin üzvlərindən 4-ü zərərsizləşdirilib, hökumət qüvvələrindən isə 2 polis, ekstremistlərin açdığı atəş nəticəsində şəhid olub. Hadisə ilə bağlı bir neçə nəfər həbs edilib.

 

 

 

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV Sep.26.2020 : “Ermənistanın PKK və kürd terrorcularını Dağlıq Qarabağa yerləsdirməsi Amerika mətbuatında”

2020-09-26

gun az article

Güney Azərbaycanın Zəncan, Qəzvin və Şərqi Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-26

gun az article

Təbrizdə baş verən yol qəzasında 1 nəfər ölüb, 1 nəfər də yaralanıb

2020-09-26

gun az article

Əbhərin Köynək kəndinin türk adı təhrif edilərək fars sözü ilə dəyişdirilib

2020-09-26

gun az article

Təbriz futbolunun atası Böyük Səbbağ vəfat edib

2020-09-26

gun az article

Güney Azərbaycanlı milli fəallar İbrahim Cəfərzadə və xanımı Mina Kəhrubayinin ölümünün 9-cu ildönümüdür

2020-09-26

gun az article

GünazTV Sep.25.2020-QADINCA: Mina Kəhrubayi və İbrahim Cəfərzadənin xatirəsinə, İran'da "hicab"zorunluğu sorunu

2020-09-26

gun az article

GünazTV Sep.25.2020: Azadlıq səsi: Azərbaycanda hərbi səfərbərlik xidmətinə çağrış

2020-09-26

gun az article

GünazTV Sep.25.2020 : “Ermənistana artmaqda olan silah təchizatından rəsmi Bakı ciddi narahatdır.”

2020-09-25

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-25

gun az article

Azərbaycanda sərmayə yatırmaq istəyən sahibkar müflis edilib + VİDEO

2020-09-25

gun az article

Qaradağın yeraltı sərvətlərinin talanması davam edir + VİDEO

2020-09-25

gun az article

Güney azərbaycanlı milli fəal Səhənd Məali yenidən həbsxanaya qayıdıb

2020-09-25

gun az article

GünazTV Sep.24.2020-Sözümüz: Ustad Şəhriyar

2020-09-25

gun az article

GünazTV Sep.17.2020- Düşünməyə Çağırı: Məktəblərin Açılışı və Anadilimiz(1/2)-Qarabağda Savaş Başlarsa Nə Etməliyik?(2/2)

2020-09-25

gun az article

GünazTV Sep.24.2020 : “İran Prezidentinin “bəraət” cıxışı”

2020-09-24

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-24

gun az article

Milli fəal Qulam Quluzadə azadlığa buraxılıb

2020-09-24

gun az article

Azərbaycanlı milli fəal Abdulla Səduqi saxlanılıb

2020-09-24

gun az article

İranın ən böyük avtomobilqayırma zavodunun xəritəsində terror qruplaşmalarının Azərbaycana qarşı mövqeyinə yer verilib

2020-09-24