Rəsmi orqanların sel fəlakəti ilə bağlı fərqli yalanlar söyləməsi düşündürücüdür – Azərbaycanlı millət vəkili

Rəsmi orqanların sel fəlakəti ilə bağlı fərqli yalanlar söyləməsi düşündürücüdür – Azərbaycanlı millət vəkili

GünAz TV: Təbriz, Azərşəhr və Üskünün İran parlamentinin millət vəkili Əhməd Əlirza Beygi baş verən sel fəlakətindəki itkilərlə bağlı rəsmi orqanları günahlandırıb.

 

“Uzun illərdir ki, Qələzar körpüsü istifadə olunur. Ama böhranlı vəziyyətlərdə bu yol bağlanmalı idi, lakin buna əməl edən olmadı! Bəziləri körpünün üstündən selə baxa bilər, ama sel suaları altında qalan avtomobillər hərəkət vəziyyətində olublar. İlk öncə təbii fəlakətdən zərərçəkənləri sel tamaşaçıları adlandırdılar. Sonra isə dedilər ki, hadisə yerində yol polisi olub, ama əhali polisə məhəl qoymayıb və onlarla mübahisə edərək qarşıdurma yaradıblar. Yalanların bu şəkildə dəyişməsi çox düşündürücüdür. Aydındır ki. günahı bölgə əhalisinin üzərinə qoymağa çalışırlar. Halbu ki, Şərqi Azərbaycan Vilayətində mövcud olan yaramaz idarəçilik üsulu dövlət və əhalinin bütün imkanlarını səfərbər etmək gücündə olmayıb, konkret olaraq Böhran Müdiriyyəti Mərkəzi əhali ilə sinerji yarada bilməyib və bu səbəbdən 40-dan çox insan təbii fəlakətin qurbanı olub”- deyə o mətbuata bildirib.

 

Millət vəkili daşqınlardan öncə əhaliyə xəbərdarlıq edilməsi ilə bağlı iddialara da cavab verib. “Çinar kimi bir məhrum kənddə 20 nəfərdən çox insan sel fəlakətinin qurbanı oldu. Onlar sel təhlükəsindən xəbərsiz vəziyyətdə evlərində oturub dincəlirmişlər, bu vəziyyətdə kəndi sel basıb. Bəziləri iddia edir ki, sel fəlakəti ilə bağlı əhaliyə xəbərdarlıq edilmişdir! Onlar desinlər ki, kim və nə şəkildə bu kəndin əhalisinə xəbərdarlıq edib?! Xəbərdarlıq edilsəydi, şübhəsiz ki, bu insanlar ərazini tərk edərdi. Ona görə ki, onlar da sağ qalmaq arzusunda idi”- deyə  Əhməd Əlirza Beygi qeyd edib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN