Salmasda silahlı insident: 6 ölü, 2 yaralı

Salmasda silahlı insident: 6 ölü, 2 yaralı

GünAz TV: Güney Azərbaycanın salmas şəhərində silahlı insident baş verib, hadisə nəticəsində 6 nəfər ölüb, 2 nəfər yaralanıb.

 

Məlumata görə, hadisə mayın 17-i səhər saatlarında baş verib.

 

Hadisənin ailə münaqişəsi zəminində baş verdiyini deyən Qərbi Azərbaycan Polis İdarəsinin rəisi bildirib ki, ailənin yeznəsi aralarında olan ixtilaflar səbəbindən bütün ailə üzvlərini güllələyib və hadisə yerindən qaçıb.

 

Polis rəisi hadisənin təfərrüatı barədə məlumat verməyib.

 

Qeyri-rəsmi məlumatlara görə, ölənlərdən biri 2 aylıq uşaqdır, o diz nahiyyəsindən güllə yarası alıb. Daha bir 8 yaşlı qız uşağının sinəsindən yaralandığı bildirilir.

 

Baş verən cinayət hadisəsi ilə bağlı araşdırma aparılır.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN