Salmasın sözdə millət vəkili ilə bağlı hər şey üzə çıxır: “Mən yerli vali istəmirdim...”

Salmasın sözdə millət vəkili ilə bağlı hər şey üzə çıxır: “Mən yerli vali istəmirdim...”

GünAz TV: Min bir hiylə ilə Salmas şəhərindən İran parlamentinə millət vəkili seçilmiş Şəhruz Bərzgər, tutduğu mövqe ilə bölgənin kürdləşdirilməsi prosesində iştirak etdiyini dəfələrlə nümayiş etdirib.

 

“Yol Press” saytında yayılan məlumata görə, Ş.Bərzgər Qərbi Azərbaycanın vali postuna yerli bir insanın təyin edilməsinə qarşı olduğunu açıq şəkildə etiraf edib.

 

“Mən Qərbi Azərbaycana yerli valinin təyin edilməsinə qarşı idim. Ona görə ki, yerli vali Salmas haqqında ədalətə riayət etmədi”- deyə o keçirdiyi mətbuat konfransında bildirib.

 

Ş.Bərzgər açıqladığı mövqeyini bu sözlərlə izah etməyə çalışıb: “Yerli vali Salmasın suyunu Qarabağa verdi, Salmasın milyardlar məbləğində vəsaitini Qarabağın su təchizatı sisteminə xərclədi.”

 

O sözlərinin davamında iddia edib ki, “Qərbi Azərbaycana yeni təyin edilmiş kürd kökənli vali Məhəmməd Mehdi Şəhriyari əyalətdə ədaləti icra edəcək.”

 

Xatırladaq ki, Salmasın sözdə millət vəkili Ş.Bərzgər radikal kürd qruplaşmaları ilə hər cür əməkdaşlıq edir. O bir müddət öncə ilamlı kürd Fridun Hümmətini Qərbi Azərbaycanın vali postuna gətirmək üçün uzun müddət canfəşanlıq göstərdi. Bu təyinat azərbaycanlıların etirazı nəticəsində baş tutmayınca, o hazırkı vali M.M.Şəhriyarini həmin posta təyin edilməsi uğrunda çalışdı, onun təyinatında xüsusi rol oynadı. Ş.Bərzgər bu işlər üçün ötən əsrin əvvəllərində Ciloluq faciəsi zamanı talançı kürd dəstələrinə sərkərdəlik etmiş İsmayıl Simitqonun nəvələri Qarqarin və Arman Simitqo ilə sık görüşlər keçirib. O hətta dəfələrlə mitinqlər və önəmli iclaslara İsmayıl Simitqonun nəvələri ilə birgə qatılıb.

Salmas əhalisi yerli mətbuat və sosial şəbəkələr vasitəsi ilə dəfələrlə Ş.Bərzgəri radikal kürdlərin gizli planlarından uzaq olmağa, ümumi mənafeyi şəxsi mənafeyə qurban verməməyə çağırıblar.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN