Salmasın sözdə millət vəkili Şəhruz Bərzgər Simitqonun nəvələri ilə görüşdə nəyi müzakirə edir?– GÖRÜNTÜ

Salmasın sözdə millət vəkili Şəhruz Bərzgər Simitqonun nəvələri ilə görüşdə nəyi müzakirə edir?– GÖRÜNTÜ

GünAz TV: Min bir hiylə ilə Salmas şəhərindən İran parlamentinə millət vəkili seçilmiş Şəhruz Bərzgər öz peşə vəzifəsini unudaraq bölgənin kürdləşdirilməsi prosesində xüsusi rol almaqdadır.

 

Ötən əsrin əvvəllərində Ciloluq faciəsi zamanı talançı kürd dəstələrinə sərkərdəlik etmiş İsmayıl Simitqonun nəvələrinin Salmasın millət vəkili ilə sık görüş keçirməsi azərbaycanlıların ciddi etirazına səbəb olub. Bu görüşlərdən biri də son günlərdə baş tutub.

 

“Yol Press” gizli planlara yönələn görüşlə bağlı yazıb: “Prezident və Şura seçkiləri keçirildikdən sonra Qərbi Azərbaycanda yalnış idarəçilik, xəyanət və lobbiçilik qoxusu duyulur. Yerli olmayan birinin Qərbi Azərbaycanın vali postuna təyin edilməsinə cəhd göstərmək, önəmli postlara sahiblənmək məqsədi ilə şübhəli görüşlər keçirmək və s. bunların heç biri təsadüfi baş vermir.”

 

 

Şübhəsiz ki, şəxsiyyətlər və siyasi-ictimai cərəyanların hansısa posta can atması normal qəbul olunur. Lakin bölgə əhalisinin səsi ilə millət vəkili seçilən birisinin radikal qüvvələri həssas vəzifələrə gətirmə planı başqa ssenarilərə hesablanıb. Müşahidələr göstərir ki, Ş.Bərzgər kürd terror qruplaşmalarına meyilli şəxslərlə davamlı olaraq əlaqə saxlayır, onları müəyyən postlara gətirməyə çalışır.

 

O bir müddət öncə ilamlı kürd Fridun Hümməti Qərbi Azərbaycana vali kimi təyin edilsin deyə çoxlu canfəşanlıq göstərdi. Ötən həftələrdə Salmas Şəhər İcra Hakimiyyəti başçısının (fərmandar) vəzifəsindən uzaqlaşdırılmasında da Ş.Bərzgərin böyük rolu olduğu üzə çıxıb.

 

Ş.Bərzgər hətta mitinqlər və önəmli iclaslara da İsmayıl Simitqonun Qarqarin və Arman Simitqo kimi nəvələri və digər radikal şəxslərlə birgə qatılır. Bütün bunlar kürdləşdirilməsinə çalışılan Qərbi Azərbaycan Əyaləti və onun əhalisi üçün nigaranlıq doğurmaya bilməz.

 

Salmas əhalisi yerli mətbuat və sosial şəbəkələr vasitəsi ilə dəfələrlə Ş.Bərzgəri radikal kürdlərin gizli planlarından uzaq olmağa, ümumi mənafeyi şəxsi mənafeyə qurban verməməyə çağırıblar.

 

 N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN