“Savucbulaq” xalçası beynəlxalq festivallarda nümayiş etdiriləcək

“Savucbulaq” xalçası beynəlxalq festivallarda nümayiş etdiriləcək

GünAz TV: Qərbi Azərbaycan Sənaye, Mədən və Ticarət Təşkilatı Xalçaçılıq sənətinin inkişafı istiqamətində yeni addımlar atmaq niyyətindədir.

 

Bu barədə açıqlama verən Qərbi Azərbaycan Sənaye, Mədən və Ticarət Təşkilatının rəisi Cəfər Sadiq İskəndəri “Savucbulaq” (Mahabad) xalçasının yenidən canlandırılacağını bildirib. “Xoşbəxtlikdən Qərbi Azərbaycan Əyaləti xalça istehsalına görə ölkə miqyasında ön sıralardadır. Hazırda Xoyun Rizmahi və Tikantəpənin Əfşar xalçası ölkə və dünyanın mədəni irs siyahısına daxil edilib. Qərbi Azərbaycan Sənaye, Mədən və Ticarət Təşkilatı bu istiqamətdə mühüm addımlar ataraq “Savucbulaq” xalçasının yenidən canlandırılması üçün beynəlxalq festivallara qatılmaq niyyətindədir”- deyə o bildirib.

 

Cəfər Sadiq İskəndəri xalçaçılıq sənətinin məşğulluq, gəlir əldə etmək və ölkəyə valyuta (ərz) gətirmək baxımından böyük əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayıb. “Hazırda Qərbi Azərbaycanda xalça toxumaq sahəsində 70 min nəfər çalışır. Şübhəsiz ki, bu sənətin inkişafı kəndlilərin iqtisadi məişət və gündəlik güzəranının yaxşılaşdırılmasına müsbət təsir edər”- deyə o bildirib.

 

Qeyd edək ki, Tikantəpənin Əfşar və Xoyun Rizmahi xalçası Qərbi Azərbaycanın nəfis xalçaları sırasındadır, hər iki xalça İran və dünyanın mədəni irs siyahısında ticarət markası kimi qeydiyyata alınıb.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN