Səhənd stadionunda milli şüarlar səsləndirilib – Təbrizdə / VİDEO

Səhənd stadionunda milli şüarlar səsləndirilib – Təbrizdə / VİDEO

GünAz TV: Noyabrın 25-də Təbrizin “Traxtur” futbol komandası Rəştin “Sepidrud” takımını səhənd stadionunda qəbul edib, “Traxtur” tərəfdarları oyun boyu milli şüarlar səsləndirib.

 

İran üzrə futbol klublarının super liqa yarışlarının 13-cü həftəsində keçirilən görüş 2:1 hesabı ilə Azərbaycan komandasının xeyirinə yekunlaşıb.

 

“Traxtur” tərəfindən 11-ci dəqiqədə Fərzad Hatəmi və 20-ci dəqiqədə Məhəmmədrza Mehdizadə qol vurublar. “Sepidrud” tərəfindən vurulan tək qol isə 39-cu dəqiqədə Hüseyn İbrahimi tərəfindən vurulub.

 

Bu oyunda “Traxtur” oyunçusu Məhəməd İbrahimi, Futbol Federasiyası meydana çıxmasına müvəqqəti qadağa qoyduğu Mehdi Kiyanini əvəz edərək kapitan rolunda çıxış edib.

 

Stadionda təxminən 5 min nəfər tamaşaçı qismində iştirak edib, onlar oyun boyu “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə” kimi milli şüarlar səsləndiriblər.

 

Video:

https://www.youtube.com/watch?time_continue=15&v=zBcSE4Y6acA

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN