Şəhər həndəvərində yerləşən yaşayış məntəqələri 8 şəhər üçün problemə çevrilib – Qərbi Azərbaycanda

2017-07-13 15:57

GünAz TV: Güney Azərbaycanın müxtəlif bölgələrində  kəndlərdən şəhərə köç edən əhalinin böyük əksəriyyəti, imkansızlıqdan şəhər həndəvərində məskən salır.

 

Qərbi Azərbaycan valisi Qurbanəli Səadət təmsil etdiyi vilayətin bir neçə şəhərinin qeyri-rəsmi yaşayış məntəqələrindən əziyyət çəkdiyini bildirib.

 

O bu barədə İnşaat Mühəndisiliyi Təşkilatı ümumi heyətinin 20-ci iclasında çıxış edərkən danışıb.

 

“Bölgədə bir çox problemlərlə üz-üzəyik. Şəhərlərdə Bələdiyyə İdarələrinin maliyyə durumu yaxşı deyil. Bu səbəbdən bir çox problem yaşanır. Bəzi Bələdiyyə İdarələri hətta öz işçilərinin maaşını belə ödəyə bilmir. Onların əsas gəliri sadəcə əlavə dəyərdən əldə olunan vəsaitdən ibarətdir. Düşünürəm ki, Bələdiyyə İdarələri öz gəlirləri və idarəçilik üsulu ilə bağlı hansısa çıxış yolu tapmalıdılar”- deyə vali bildirib.

 

Qurbanəli Səadət Qərbi Azərbaycan şəhərlərinin inkişafdan geri qalması barədə qeyd edib ki, “Qərbi Azərbaycan Vilayətində yerləşən 8 şəhərin inkişafı üçün müəyyən problemlər var. Şəhər həndəvəri və qeyri-rəsmi yaşayış məntəqələrində yoxsulluq hökm sürür, bu vəziyyət şəhərlərin inkişafı üçün böyük maneədir. Düşünürəm ki, bölgənin problemləri araşdırılmalı, sonra isə şəraitə uyğun olaraq plan və qanunlar tətbiq olunmalıdır.”

 

Qərbi Azərbaycan valisi İnşaat Mühəndisiliyi Təşkilatını şəhərlərdəki problemləri aradan qaldırmaq üçün daha fəal olmağa, bu istiqamətdə Yol və Şəhərsalma Nazirliyinə yardımçı olmağa çağırıb.

 

Ekspertlərin fikrinə görə, şəhər həndəvərində qeyri-rəsmi şəkildə yaşamaq yoxsulluq və mühacirət amilləri ilə bağlıdır. Belə məntəqələrdə əhalinin gəlir və nəticədə savad səviyyəsi aşağı olur, ona görə də insanların bir çoxu müxtəlif qanunsuz işlərlə məşğul olur. Azyaşlı uşaqlar işə cəlb olunur və müxtəlif cinayətlər baş verir. Bir sözlə desək şəhər həndəvərindəki yaşayış məntəqələrində ictimai, iqtisadi və mədəni baxımdan bir çox problem yaşanır.

 

N.S 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV Sep.22.2020 : “Dalana dirənən İran! Vaşinqton rəsmi Tehrana qarşı təzyiq siyasətini sonadək qoruyacağını açıqladı”

2020-09-22

gun az article

Şərqi Azərbaycanda hər gün 7 nəfər koronavirusdan ölür

2020-09-22

gun az article

Qızılözən çayı ətrafında yaşayan nadir heyvanın nəsli kəsilməkdədir

2020-09-22

gun az article

Güney Azərbaycanda növbəti ətraf mühit faciəsi: Zəncanda minlərlə balıq tələf olub

2020-09-22

gun az article

Təbrizdə baş verən yol qəzasında 2 nəfər ölüb

2020-09-22

gun az article

Şərqi Azərbaycan əyalətində davada xəsarət alanların sayı artıb

2020-09-22

gun az article

GünazTV Sep.21.2020: PARLAQ GƏLƏCƏK: Tetik Mexanizmi'nin Tə'sirləri

2020-09-22

gun az article

Təbriz Universitetində türk dili və ədəbiyyatı üzrə təhsil alan ilk tələbələr məzun olub + GÖRÜNTÜ

2020-09-21

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-21

gun az article

İran rəsmisi Muğanda neft yataqlarının axtarışına başlanacağını açıqlayıb

2020-09-21

gun az article

Həbsə məhkum edilən 2 milli fəalın məzuniyyəti uzadılıb

2020-09-21

gun az article

Xorasan türkləri Nadir Şah haqqında kitab nəşr edib

2020-09-21

gun az article

Güney Azərbaycanda 3 işçi qazdan zəhərlənərək ölüb

2020-09-21

gun az article

İranlı nazir Azərbaycanın Təkab şəhərini Kürdüstan adlandırıb + VİDEO

2020-09-20

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-20

gun az article

“Durnalar yuvası”  stadionunun türkcə lövhəsi qaytarılıb

2020-09-20

gun az article

Qızıl şəhəri Təkab sürgün məntəqəsi kimi təqdim olunub

2020-09-20

gun az article

Azərbaycan adını təhrif edən mağazalar şəbəkəsi düzəliş etməyə məcbur olub

2020-09-20

gun az article

Yüzlərlə iraqlı kürd tələbəsinin Təbrizə yerləşdirilməsi barədə məlumatlar yayılıb

2020-09-19

gun az article

Güney Azərbaycanın Zəncan və Həmədan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-19