Şəhid Hüseyn Fəthipurun qardaşı Ettelaat İdarəsinin təzyiqləri ilə bağlı İnsan Haqları Təşkilatları və millətimizə müraciət ünvanlayıb – Səs Faylı

Şəhid Hüseyn Fəthipurun qardaşı Ettelaat İdarəsinin təzyiqləri ilə bağlı İnsan Haqları Təşkilatları və millətimizə müraciət ünvanlayıb – Səs Faylı

GünAz TV: 2016-cı ildə Güney Azərbaycanda baş verən qanlı may hadisələri zamanı (Xordad hadisələri – Milli Qiyam) vətən yolunda canını fəda etmiş Şəhid Hüseyn Fəthipurun qardaşı Kərim Fəthipur, ailəsinə Ettelaat (İran Kəşfiyyat Nazirliyi) İdarəsi tərəfindən edilən təzyiqlərlə bağlı Səs Faylı yayıb.

 

Qardaşı Sulduz şəhəri aksiyalarında təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində şəhid edilən Kərim, Milli Qiyam zamanı Sulduzda qətlə yetirilən mübarizlərin ailə üzvlərinin davamlı olaraq təqib və təzyiqlərə məruz qaldığını bildirib. O təzyiqlər səbəbindən vətənini tərk edərək Türkiyədə qaçqın kimi yaşamağa məcbur edildiyini xüsusi olaraq diqqətə çatdırıb.

 

K.Fəthipur son vaxtlar qardaşının bəsiclər (yarım-silahlı könüllü dəstələr) tərəfindən döyüldüyünü də açıqlayıb.

 

Şəhid qardaşı, İnsan haqları Təşkilatları və Azərbaycan Milli Hərəkatı fəallarına müraciət edərək onları rejimin təzyiqləri altında olan şəhid ailələrinə dəstək verməyə, bu barədə rejimə təzyiq göstərməyə çağırıb.

 

K.Fəthipurun Səs Faylı

 

Xatırladaq ki, İran dövlətinin rəsmi orqanı olan “İran” qəzeti 12 may 2006-cı il tarixli sayında türkləri böcək kimi təsvir edən karikatur dərc edib. Bundan sonra  azərbaycanlılar yaşadıqları şəhər və qəsəbələrdə kütləvi etiraz aksiyalarına başladılar. Nümayişlər Təbriz, Urmiyə, Ərdəbil, Sulduz, Mərənd, Xoy, Makı, Miyana, Meşginşəhr və s. kimi şəhərləri qısa müddətdə bürüdü, bu vəziyyət günlərlə davam etdi. İranın hüquq-mühafizə orqanları isə dinc keçirilən aksiyaları dayandırmaq üçün güc tətbiq etməyə başladı. Bunun nəticəsində onlarla soydaşımız təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində şəhid oldu, yüzlərlə insan yaralanıb və çox saylı etirazçı həbs olundu.

İran xüsusi xidmət orqanları hadisədən bir neçə ay sonra da kütləvi həbsləri davam etdirdi.

 

Qanlı hadisələr, 22 May hadisələri (1 Xordad hadisələri) və Milli Qiyam adı ilə Azərbaycan tarixinə həkk olunub.

 

Silsilə aksiyalar çərçivəsində 2016-cı il mayın 25-də Sulduz əhalisinin etiraz nümayişləri təhlükəsizlik qüvvələrinin qanlı müdaxiləsi ilə üzləşdi, həmin nümayişdə Tohid Azəryun, Hümmət İsmzadə, Hüseyn Fəthipur və Əsgər Qasimi adlı 4 soydaşımız şəhid olmuşdur.

 

N.S

 

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN