Səid Mətinpur virtual aləmdə Abbas Lisaniyə qarşı aparılan təxribata reaksiya verib

Səid Mətinpur virtual aləmdə Abbas Lisaniyə qarşı aparılan təxribata reaksiya verib

GünAz TV: Tanınmış azərbaycanlı milli-mədəni fəal Səid Mətinpur virtual aləmdə Abbas Lisaniyə qarşı aparılan təxribata reaksiya verib.

 

O bu barədə öz Twitter səhifəsində açıqlama yayıb.

 

“Dostumuz Abbas Lisani haqda sosial şəbəkələrdə yayılan təhqiramiz yazı, son dərəcə əxlaqa zidd sayılan işlərdən biridir.

 

Son 20 ildə ən çox təsiredici rola malik olan, bu gün də Ana Dili Günü mərasimiylə bağlı dosyesi ilə əlaqədar məhkəmə prosesinin getdiyi bir vaxtda Lisanini pisləmək kimin xeyirinədir?!

 

Sosial mediada yayılan yazını bu gün gördüm, yazı məni neçə saat düşündürdü. Hansı boşluq belə yazılara yol açır?!”- deyə məlumatda qeyd olunub.

 

Azərbaycanlı fəal, yazıçı və jurnalist S.Mətinpur fəlsəfə üzrə Tehran universitetinin məzunudur. O “Yarpaq” və “Moc-i Bidari” həftəlik dərgilərinin redaksiya heyətinin keçmiş üzvü olub.

 

S.Mətinpur Güney Azərbaycanın Zəncan (Zəngan) şəhərində doğulub. O mədəni fəaliyyətlərinə görə rejimin bir çox təzyiqlərinə məruz qalıb. Azərbaycanlı fəal 7 il həbsdən sonra 2015-ci il avqustun 26-da Zəncan zindanından azadlığa buraxılıb. Fəal həbs müddətində dəfələrlə ailə üzvləri ilə görüş və telefon əlaqəsi hüququndan məhrum edilib.

 

S.Mətinpur zindana düşmədən öncə də Azərbaycan türk millətinin milli və demokratik hüquqlarını müdafiə etdiyi üçün dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb. O 2008-ci il fevralın 27-dək ki, 500 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxıldı, Zəncan Ettelaat İdarəsi və Evin Zindanının 209-cu korpusunda ağır ruhi və fiziki işgəncələrə məruz qalıb. İnsan Hüquqlarının Müdafiəsi Qurumları hesabatında bildirib ki, Ettelaat əməkdaşları etiraf almaq üçün onu kameranın önündə işgəncə ediblər.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN