Sel Zəncan kəndlərinə ağır ziyan vurub, xəsarət alanlar var

Sel Zəncan kəndlərinə ağır ziyan vurub, xəsarət alanlar var

GünAz TV: Bu gecə yağan güclü yağış nəticəsində sel Zəncan Vilayətinin 6 kəndini bürüyüb, kəndlərə ağır maddi ziyan dəyib, 4 nəfərin xəsarət aldığı bildirilir.

 

Məlumata görə, Zəncan, Xudabəndə və Mahnişan  şəhərlərinin Kəsik, Hüseynə, Abad Göycə, Məntiş, Sazın və Zağa kəndlərini sel-daşqın suları bürüyüb, sel kəndlərdə ciddi fəsadlar törədib.

 

Zəncan Vilayəti Qızıl Aypara Cəmiyyətinin icraçı direktoru Şəhram Mirzayi sel hadisəsində 4 nəfərin xəsarət aldığını bildirib.

 

Xudabəndə Şəhər İcra Hakimiyyəti başçısı (fərmandar) Babulla Fəthi isə ərazidə yerləşən əkin sahələri və yaşayış məntəqələrinin 80-100 faiz ziyan gördüyünü bildirib. O həmçinin vurğulayıb ki, 3 min hektar buğda əkini sahəsi sel sularına məruz qalaraq ağır ziyan görüb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN