Sel Zəncan Vilayətinin 18 kəndinə ziyan vurub

Sel Zəncan Vilayətinin 18 kəndinə ziyan vurub

GünAz TV: Son günlərdə yağan güclü yağış nəticəsində sel Zəncan Vilayətinin 18 kəndini bürüyüb, kəndlərə ağır maddi ziyan dəyib.

 

Bu barədə Zəncan Vilayəti Qızıl Ayapara Cəmiyyətinin icraçı direktoru Şəhram Mirzayi məlumat verib.

 

“Bölgəni bürüyən sel-daşqın suları Mahnişanda Bağça, Kərdi, Yengə və Sinar kəndlərində ciddi fəsadlar törədib. Xudabəndə məntəqəsində isə Gültəpə, Göycə Yaylaq, Zağalı, Sazın, Hüseynabad, Ərdəhin, Torpaqlı, Məntiş, Əmi Kəndi, Qalacıq, Sarab, Pənbə Zəban, Məhəmməd Xələc, Daşbulaq və yuxarı Ağbulaq kəndləri sel sularına məruz qalaraq ziyan görüblər”- deyə Ş.Mirzayi bildirib.

 

Onun sözlərinə görə, 18 kənddə toplam olaraq 963 nəfərdən ibarət olan 239 ailə sel sularından ziyan görüb.

 

“Bölgəyə xilasedicilərin göndərilməsi, daşqına məruz qalmış kənd evlərini sel sularından təmizləmək, bölgədəki əhalini müvəqqəti olaraq təhlükəsiz yerlərə köçürmək və s. Qızıl Aypara Cəmiyyətinin gördüyü işlər sırasındadır. Biz sel bölgəsi əhalisinə yardım etmək üçün 63 xilasedicidən ibarət 21 əməliyyat qrupunu 6 təcili yardım maşını və qurtarma cihazı ilə təchiz edilmiş daha bir neçə maşınla birlikdə bölgəyə göndərmişik”- deyə o vurğulayıb.

 

Xatırladaq ki, Zəncan Vilayətinin kəndləri aprelin 28-də yağan güclü  yağışdan sonra selə məruz qalıb, yağıntıların davam edəcəyi ehtimal edilir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN