“Sepah” Azərbaycan Milli Hərəkatı əleyhinə vərəqələr yayıb – Urmiyədə / GÖRÜNTÜ

“Sepah” Azərbaycan Milli Hərəkatı əleyhinə vərəqələr yayıb – Urmiyədə / GÖRÜNTÜ

GünAz TV: Güney Azərbaycanın Urmiyə şəhərində Azərbaycan Milli Hərəkatı və Türkiyə əleyhinə vərəqələr yayılıb.

 

“Öyrənci səsi” saytının yaydığı məlumatda bildirilir ki, Urmiyədə məscidlər və bəsic (Hökumət tərəfdarları yarımsilahlı dəstələr) bazalarında yayılan vərəqələr Qərbi Azərbaycan Bəsic Bazalarının Mədəniyyət Mərkəzi tərəfindən yayılıb. Həmin qurumun Qərbi Azərbaycan Şohəda Sepahına bağlı olduğu bildirilir.

 

“Ana dili bəhanəsi ilə ölkəni bölmək”, “Türk dilini partürkizmin çəngindən qurtaraq” və s. kimi başlıqlar altında yazılan mətnlərdə Azərbaycan Milli Hərəkatı və Türkiyə dövlətini hədəfə alınıb.

 

Başqa bir xəbərə görə, martın 16-da Urmiyənin Şəhər-Çayı xiyabanında yerləşən Sepahın Mədəniyyət Mərkəzində Sepah və Bəsic komandanlarının iştirakı ilə iclas keçirilib. “Bölücülük və meydan fəaliyyətlərinin böyüməsi” mövzusunda keçirilən iclasda Azərbaycan şəhərlərində gedən ictimai-siyasi proseslər müzakirə edilib.

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN