“Sepah” rəsmisi: “Kirmanşah sərhədində baş verən silahlı qarşıdurmalarda 12 terrorçu məhv edilib”

“Sepah” rəsmisi: “Kirmanşah sərhədində baş verən silahlı qarşıdurmalarda 12 terrorçu məhv edilib”

GünAzTV: İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) quru qüvvələrinin komandanı Məhəmməd Pakpur oktyabrın 4-də jurnalistlərə açıqlamasında ölkənin Kirmanşah əyalətinin İraqla sərhədində yaraqlı dəstə üzvləri ilə baş verən silahlı qarşıdurma barədə məlumat verib.

 

Məhəmməd Pakpur bildirib ki, “Sepah” qüvvələri oktyabrın 4-ü sübh saatlarında qanunsuz olaraq sərhədi keçərək ölkə ərazisinə daxil olan silahlı dəstənin qarşısını alıb: “Bölgədə “Sepah” və yerli qüvvələrin ayıqlığı sayəsində Amerika və sionist rejiminin himayəsində olan əksinqilabçı və terrorçu dəstənin üzvləri ölkə ərazisinə daxil olarkən zərərsizləşdirilib. Onlar qüvvələrimizin tələsinə düşüb. Nəticədə baş verən qarşıdurmada terrorçu dəstənin bütün 12 üzvü məhv edilib. Qarşıdurmada həmçinin 3 “Sepah”çı yaralanıb. Öldürülən terrorçulardan isə külli miqdarda silah-sursat əldə edilib”.

 

“Sepah” komandanı ölkə ərazisinə daxil olan silahlı dəstənin konkret hansı siyasi cərəyana və ya qrupa bağlı olduğunu açıqlamayıb.

A.M

Açar Sözlər

Güney Azərbaycan

HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN