Şərqi Azərbasycan Vilayətinin bir neçə şəhərini sel basıb, onlarla ölən və itkin düşən var - VİDEO

Şərqi Azərbasycan Vilayətinin bir neçə şəhərini sel basıb, onlarla ölən və itkin düşən var - VİDEO

GünAz TV: Şərqi Azərbasycan Vilayətinin bir neçə şəhərini güclü yağışların yağması nəticəsində sel basıb, nəticədə onlarla insan ölüb və ya itkin düşüb, təbii fəlakət bölgədə ciddi fəsadlara səbəb olub.

 

Cümə günü baş verən təbii fəlakətlə bağlı Şərqi Azərbaycan Valiliyi Böhran Müdiriyyəti Şöbəsinin rəisi Xəlil Sai danışıb.

 

“Əcəbşer Şəhər İcra Hakimiyyəti başçısının sözlərinə görə, bu şəhərdə baş verən daşqın nəticəsində 3 nəfər ölüb, 12 nəfər isə itkin düşüb. Hələlik itkin düşənlərin taleyi barədə heç bir məlumat yoxdur. Ölənlərdən biri qadın, ikisi isə kişidir, onların cəsədi Əcəbşer xəstəxanasına aparılıb”- deyə o bildirib.

 

Bəzi mənbələr isə Əcəbşerdə təbii fəlakət nəticəsində 12 nəfərin öldüyü və 40 nəfərin itkin düşdüyünü yazıb.

 

X.Sai Vilayətin digər şəhərlərində də baş verən təbii fəlakət barədə məlumat verib. “Azərşəhrdə 7 avtomobil sel-daşqın sularının altında qalıb, hazırda itkin düşən avtomobil sərnişinləri axtarılır. Təbii fəlakət Marağa, Binab və Sarab şəhərlərində də baş verib, lakin ən çox Əcəbşer və Azərşəhr şəhərlərinə ziyan dəyib”- deyə o əlavə edib.

 

X.Sainin sözlərinə görə, təbii fəlakət nəticəsində bölgəyə dəymiş maddi ziyanın həcmi hələlik məlum deyil.

 

Azərşəhr Qızıl Aypara Cəmiyyətinin rəisi isə bildirib ki, xilasedicilər 3 nəfəri seldən qurtarıb, sular altında qalan “Pejo” markalı avtomobilin 3 sərnişininin axtarışı isə davam edir.

 

Azərşəhr İcra Hakimiyəti başçısı Allahyari də baş verən təbii fəlakətdən danışıb. “Azərşəhr, Qoqan, Mamaqan, Teymurlu və ətraf kəndlər daşqın sularının mühasirəsindədir. Sel Azərşəhrin Qələzar məntəqəsində bir neçə avtomobili aparıb. Ölənlər barəsində hələlik dəqiq məlumat yoxdur. Xilasedici qruplar isə təbii fəlakət bölgəsinin bütün yerlərinə göndərilib”- deyə o qeyd edib.

 

Şərqi Azərbaycan Yol Polisi İdarəsinin rəisi polkovnik Cavad Namvəran isə Azərşəhr-Əcəbşer yolunda yerləşən “Qazi cahan” körpüsünün hələlik bağlandığını elan edib. “Bölgədə təhlükə ehtimalı var, daşqın təkrar baş bilər. Ona görə də “Qazi cahan” körpüsü növbəti xəbərdarlığa qədər bağlı qalacaq”- deyə o bildirib.

https://www.youtube.com/watch?v=qS7pFEPqH7M

https://www.youtube.com/watch?v=7gnIQa6fZBk

 

 

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN