Şərqi Azərbaycan: Baş verən daşqın nəticəsində itkin düşən 37 nəfərdən 19-nun cəsədi tapılıb - GÖRÜNTÜ

Şərqi Azərbaycan: Baş verən daşqın nəticəsində itkin düşən 37 nəfərdən 19-nun cəsədi tapılıb - GÖRÜNTÜ

GünAz TV: Xəbər verdiyimiz kimi, Şərqi Azərbaycan Vilayətinin bir neçə şəhərini güclü yağışların yağması nəticəsində sel basıb, hadisə nəticəsində onlarla insan ölüb və ya itkin düşüb.

 

Təbii fəlakətlə bağlı Şərqi Azərbaycan Valisinin Abadlaşdırma İşləri üzrə müavini  Məhəmməd Sadiq Purmehdi şənbə günü “İrna” xəbər agentliyinə yeni məlumat açıqlayıb.

 

“Bizdə olan məlumata görə, Azərşəhr və Əcəbşerdə baş verən daşqınlar zamanı 37 nəfər itkin düşüb. Onlardan 4-nün cəsədi Azərşəhrdə, 15-nin isə Əcəbşerdə tapılıb. Hazırda itkin düşən digər şəxslərin taleyi ilə bağlı heç bir məlumat yoxdur, axtarışlar davam edir”- deyə o bildirib.

 

Vali müavini təbii fəlakətin bölgəyə xeyli maddi ziyan vurduğunu da qeyd edib.

 

Aprelin 14-ü axşam saatlarında baş verən daşqın Marağa, Binab və Sarab şəhərlərində müşahidə olunub.

 

Təbii fəlakət bölgəsindən GÖRÜNTÜLƏR:

 

 

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN