Şərqi Azərbaycanda 423 nəfər yol qəzalarının qurbanı olub

Şərqi Azərbaycanda 423 nəfər yol qəzalarının qurbanı olub

GünAz TV: Son 7 ay müddətində Şərqi Azərbaycanda şəhərlərarası və şəhərdaxili yollarda ən azı 423 nəfər yol qəzalarının qurbanı olub.

 

Bu sözləri mətbuata Şərqi Azərbaycan Polis İdarəsinin İctimai məsələlər üzrə müavini Əli İsməilpur deyib.

 

“Şəhərlərarası yollarda ən çox qanunsuz ötmə əməliyyatı və yüksək sürət amilləri yol qəzalarına səbəb olub. Şəhərlər daxilində isə sürücünün hərəkət zamanı qabağa diqqət etməməsi və müəyyən olunmuş sürət həddinin aşılması baş verən qəzaların əsas iki səbəbidir”- deyə o bildirib.

 

Ə.İsməilpur vurğulayıb ki, “qanunu riayət etmək hər bir toplumun mədəniyyət yetkinliyini göstərir. Həmçinin ölüm və xəsarət alma ilə nəticələnən yol qəzaları cəmiyyətdə bir çox problemlərə səbəb olur. Ona görə də hər kəs, o cümlədən sürücülər qanunları riayət edərək özləri, ailə üzvləri və digər insanların həyatını təhlükədən qurtara bilərlər.”

 

Qeyd edək ki, hər il Güney Azərbaycanda minlərlə insan müxtəlif yol-nəqliyyat hadisələrində həyatını itirir. Ekspertlər qəzalara əsas səbəb kimi yolların qeyri-standard olması, avtomobillərin keyfiyyətsiz olması və insan amilini göstərir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN