Şərqi Azərbaycanda baş verən iki yol qəzasında ölən və yaralananlar var

Şərqi Azərbaycanda baş verən iki yol qəzasında ölən və yaralananlar var

GünAz TV: Şərqi Azərbaycan Əyalətində baş verən iki yol qəzasında 10 nəfər yaralanıb, 1 nəfər həlak olub.

 

Bu barədə Şərqi Azərbaycan Təcili Tibbi Yardım Mərkəzinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Vəhid Şadiniya sentyabrın 8-də jurnalistlərə məlumat verib.

 

“Son 24 saat ərzində Şərqi Azərbaycan Əyalətində iki ağır yol qəzası baş verib. Birinci hadisədə “Pejo 405” markalı minik avtomobili Hurand-Abış Əhməd yolunda yoldan çıxaraq aşıb. Baş verən qəza nəticəsində 5 nəfər yaralanıb, onlar dərhal xəstəxanaya çatdırılıb”- deyə o bildirib.

 

V.Şadiniya ikinci yol-nəqliyyat hadisəsinin Sarab şəhərinin Şircin yolunda baş verdiyini qeyd edib: “Ölümlə nəticələnən yol qəzası “Peykan” markalı minik avtomobili ilə bir taksinin toqquşması nəticəsində meydana gəlib. Hadisə nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2 aylıq uşaq isə hadisə yerində keçinib. Yaralılar dərhal Sarabın İmam xəstəxanasına aparılıb”- deyə Təcili Tibbi Yardım Mərkəzinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri bəyan edib.

 

Qeyd edək ki, Güney Azərbaycan yollarında təxminən hər gün çoxsaylı insan tələfatı və kütləvi xəsarət alma ilə nəticələnən müxtəlif yol qəzaları baş verir. Ölkənin səlahiyyətli orqanları isə insan həyatına real təhlükə yaradan problemi müxtəlif səbəblərlə izah edir və bu barədə tədbir almaq yerinə, sadəcə xəbər yaymaqla kifayətlənirlər.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN