Şərqi Azərbaycanda daşqınlar altında qalanlardan 28-nin cəsədi tapılıb

Şərqi Azərbaycanda daşqınlar altında qalanlardan 28-nin cəsədi tapılıb

GünAz TV: Şərqi Azərbaycan Şəhərlərində baş verən daşqınlar zamanı itkin düşənlərdən daha bir neçəsinin cəsədi tapılıb.

 

Bu barədə Şərqi Azərbaycan Valisinin İctimai, siyasi və təhlükəsizlik məsələləri üzrə müavini Səid Şəbistəri məlumat verib.

 

“Əcəbşer və Azərşəhrdə daşqınlar altında qalanlardan 28-nin cəsədi tapılıb. Axtarış tədbirləri davam edir”- deyə o qeyd edib.

 

Vali müavininin sözlərinə görə, tapılan cəsədlərin 10-u Azərşəhr, 18-i isə Əcəbşer və ətraf kəndlərə aiddir. Cəsədi tapılan şəxslərin əksəriyyəti avtomobillə birlikdə sel altında qalanlardır.

 

S.Şəbistəri əlavə edib ki, təbii fəlakət bölgəsində bir çox ev və yaşayış məntəqəsinə ziyan dəyib. Onun sözlərinə görə, bölgədə hələ də təhlükə var, daşqın suları sabahdan daha da arta bilər.

 

Bundan başqa Təbriz və Urmiyə şəhərində də sel evlərə ziyan vurub. Urmiyədə bir neçə körpü dağılıb, bir neçə kəndin əhalisi isə evakuasiya olunub.

 

Kürdüstan Vilayətində də böyük bir məntəqəni sel basıb, təbii fəlakət nəticəsində ölənlər var.

 

Aprelin 14-ü axşam saatlarında baş verən daşqın Marağa, Binab və Sarab şəhərlərində də müşahidə olunub. lakin əsas ziyan Azərşəhr və Əcəbşer şəhərlərinə dəyib.

 

N.S

 

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN