Şərqi Azərbaycanda doğum səviyyəsi aşağı düşüb

Şərqi Azərbaycanda doğum səviyyəsi aşağı düşüb

GünAz TV: “Şərqi Azərbaycan Vilayətində cari ilin birinci 5 ayında doğuş səviyyəsi 2.1 faiz aşağı düşüb.” Bu barədə mətbuata Şərqi Azərbaycan Qeydiyyat İdarəsinin müdiri Əli CəfəriAzər məlumat verib. “Cari ilin birinci 5 ayında vilayətdə 30 min 383 doğuş qeydə alınıb. Doğuşlar zamanı 15 min 821 oğlan və 14 562 qız uşağı dünyaya gəlib”- deyə o bildirib.

Ə.CəfəriAzər bəyan edib ki, 5 ay ərzində ən çox doğuş faktı Təbriz (13 min 787), Marağa (2 min 75) və Mərənd (1901) şəhərlərində, ən azı isə Xudafərin (239), Çaruymaq (304) və Vərziğan (390) şəhərlərində qeydə alınıb.

Şərqi Azərbaycan Qeydiyyat İdarəsinin müdirinin sözlərinə görə, ötən ilin birinci 5 ayında 31 min 34 doğuş faktı qeydə alınıb, rəqəmlərin arasındakı fərq 2.1 faiz azalma göstərir.

İranda son illər əhalinin yaşlaşması hökuməti təbii artımı təbliğ etməyə vadar etsədə, yoxsulluq, narkomaniya (mötadlıq) və boşanma kimi amillərə görə nəticə əldə olunmur. Azərbaycan bölgələrində isə iqtisadi vəziyyətə görə əhalinin bölgəni tərk etməsi ayrıca problemdir.

N.S

Açar Sözlər

Güney Azərbaycan

HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN