Şərqi Azərbaycanda mədənlərdən birinin çirkab suyu çaya axıdılıb

Şərqi Azərbaycanda mədənlərdən birinin çirkab suyu çaya axıdılıb

GünAz TV: Ötən günlərdə Şərqi Azərbaycanda ətraf mühitə ziyan vuran növbəti hadisə baş verib.

 

Məlumata görə, Əhər şəhərinin mədənlərdən birini çalışdıran şirkət mədənin çirkab suyunu ətrafdakı çaya axıdıb. Bu, insan sağlamlığına ziyanlı maddələrin ətraf ərazilərə yayılması deməkdir.

 

Bu barədə xəbər yayan “Fars” agentliyi mədənin adı və adresi barədə heç bir məlumat verməyib.

 

Bu günədək bölgənin səlahiyyətli orqanları baş verən hadisəyə münasibət bildirməyib.

 

Qeyd edək ki, son vaxtlar Güney Azərbaycanda ətraf mühiti çirkləndirən çoxlu hadisələr baş verir. Qurumaqda olan Urmu gölü ətrafında duz fırtınalarının baş verməsi, ağacların qanunsuz olaraq kütləvi şəkildə kəsilməsi, Qaradağ meşələrində genişmiqyaslı yanğının baş verməsi, mədən və zavodların çirkab su və sənaye tullantılarının çaylara axıdılması və s. kimi hadisələr o sıradandır. Azərbaycanlılar, xüsusi ilə də ətraf mühit müdafiəçiləri uzun müddətdir ki, hökuməti bu istiqamətdə lazımi tədbirlər almağa çağırır, lakin heç bir nəticə əldə olunmur.

 

 

 

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN