Şimali Koreya rəsmisi: “Amerika ilə dialoq mümkünsüzdür”

Şimali Koreya rəsmisi: “Amerika ilə dialoq mümkünsüzdür”

GünAz TV: Rəsmi Pxenyan Amerika Birləşmiş Ştatları (ABŞ) administrasiyası ilə dialoqu mümkünsüz sayır.

 

Bunu KXDR ordusunun yüksək rütbəli nümayəndəsi bəyan edib.

“Tramp kimi düş&¨ncəsiz insanla sağlam dialoq mümkün deyil. Ona yalnız mütləq güc təsir edə bilər”, deyə Şimali Koreya rəsmisi bildirib.

 

Son sutka (24 saat) ərzində ABŞ-la KXDR arasında münasibətlər kəskin gərginləşib. Şimali Koreyanın mərkəzi teleqraf agentliyi KXDR ordusunun Sakit okeanın qərbindəki Quam adasında ABŞ-a məxsus hərbi obyektlərə zərbələr endirmək imkanını nəzərdən keçirdiyi barədə məlumat yayıb. Cavabında ABŞ prezidenti Donald Tramp Şimali Koreyanın ünvanına sərt xəbərdarlıqla çıxış edib. “Onlar dünyanın indiyədək görmədiyi atəş və qəzəblə üzləşəcəklər”, deyə D.Tramp bəyan edib. APA  

 

N.S

 

¨


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN