Şirazda Şura Seçkilərində Qaşqay türklərinin açıqladığı siyahı...

Şirazda Şura Seçkilərində Qaşqay türklərinin açıqladığı siyahı...

GünAz TV: Şirazda Qaşqay türklərinin milli yönlü fəalları dəstəklədikləri namizədlərin siyahını açıqlayıblar.

 

Bu barədə “Yol Press” daxili xəbər saytı məlumat yayıb.

 

“Biz Şiraz şəhərinin Qaşqay türkləri olaraq “Qaim” adlı siyahını dəstəkləyir, ona səs verəcəyimizi elan edirik. Şura Seçkilərinə namizədlərdən 12-nin yer aldığı siyahıda 13-cü namizədi “Azad seçim” adlandırırıq. Buna səbəb digər namizədlərin və müxtəlif Qaşqay tayfalarının razı qalması və onların mövqeyinə etdiyimiz hörmətdir. Hər kəs 13-cü namizədi öz istəyinə uyğun olaraq bu siyahıda görüb onu dəstəkləyə bilər. Ümid edirik ki, qeyrətli Qaşqay türkləri bu fürsəti düzgün qiymətləndirib, adı çəkilən namizədləri dəstəkləyəcəklər”- deyə Qaşay türklərinin milli yönlü fəallarının yaydığı bəyanatın bir hissəsində qeyd olunub.

 

“Qaim” siyahısına daxil olan namizədlər bunlardır:

1.Məhəmmədəli Rüstəmi 2.Nəvvab Qaedi 3.Məsud Samivənd 4.Abbas Əfrasyabi Kəşkuli 5.Nəsir Əkbəri 6.Möhsün Ərkiya 7.Əli Əsğər Vəlizadə 8.Məhəmmədrza Rzayi 9.Ehsan Məhəmmədi Kəşkuli 10.Şaour Cəbəruti 11.Əli Əkbər Taheri 12.Xanım Sürəyya Farsi.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN