“Siyah Cameqan” komandası “Traxtur”un növbəti rəqibi olacaq – Təbrizdə

“Siyah Cameqan” komandası “Traxtur”un növbəti rəqibi olacaq – Təbrizdə

GünAz TV: Cümə günü Təbrizin “Traxtur” futbol komandası Məşhədin “Siyah Cameqan” takımını öz meydanında qəbul edəcək.

 

İran üzrə futbol klublarının super liqa yarışlarının 6-cı həftəsində keçiriləcək görüş Təbrizin səhənd stadionunda baş tutacaq.

 

Oyun sentyabrın 15-i yerli vaxtla saat 19:00-da başlayacaq.

 

“Traxtur”-“Siyah Cameqan” görüşünü GünAz TV ekranından canlı olaraq izləyə bilərsiniz.

 

Bu arada “Traxtur” komandasının bir neçə üzvü komanda  tərəfdarı olan mərhum azyaşlı Əmir Əli Əthərinin vəfatının birinci ildönümü günü onun ata evində olublar.

 

 

Baş məşqçi Yəhya Gülməhəmmədi, həmçinin komanda oyunçuları Mehdi Kiyani, Məhəmməd İran Puriyan və Fərzin Qrusiyan “Traxtur” tərəfdarının ailəsinə başsağlığı verərək mərhum azyaşlının əziz xatirəsini anıblar.

 

“Traxtur”un bütün görüş və məşqlərində iştirak edən mərhum Əmir Əli Əthəri 1 il əvvəl xərçəng xəstəliyindən vəfat edib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN