Siyamək Mirzayi Evin zindanında 8-ci korpus rəisinin otağına çağırılıb

Siyamək Mirzayi Evin zindanında 8-ci korpus rəisinin otağına çağırılıb

 GünAzTV: İranda Azərbaycan türklərinin milli-mədəni haqları uğrunda dinc mübarizə apardığına görə 11 ay əvvəl həbs edilən və hazırda Tehranın Evin zindanının 8-ci korpusunda saxlanılan dinc fəal Siyamək Mirzayi iyunun 16-da həmin korpus rəisinin otağına çağırılıb.

 

Bu barədə qanunsuz həbsinə və qeyri-müəyyən vəziyyətdə saxlanılmasına etiraz əlaməti olaraq iyunun 17-dən aclıq aksiyasına başlayan fəal, ailəsi ilə saxladığı son telefon əlaqəsində məlumat verib.

 

Siyamək Mirzayi bildirib ki, o, iyunun 16-da həbsxananın 8-ci korpusunun rəisinə vəziyyəti ilə bağlı açıq məktub yazıb təhvil verdikdən bir neçə saat sonra onun otağına çağırılıb: “8-ci korpusun rəisi mənimlə mülayim davranaraq aclıq aksiyasına üz tutmağımın səbəbini soruşdu. Mən isə qanunsuz həbsimə, Apellyasiya Məhkəməsinin keçirilməsinin keçirilməsdinin müxtəlif bəhanələrlə gecikdirilməsi, dosyemin təkmilləşdirilməsi qarşısında törədilən maneələrdən və müvəqqəti azadlığa buraxılmam qarşılığında təyin edilən i milyard tümənlik mülki vəsiqə girovunun ağırlığından şikayətlənərək yeganə çıxış yolunu aclığa başlamaqda gördüyümü  bildirdim.

 

Dedim ki, aclıq aksiyasının rəsmən qeydə alınmasını istəyir, ona dəqiq nəzarət olunması üçün  təkadamlıq kameraya köçürülməyimi tələb edirəm. Bu tələbin qarşısında zindan rəisi bildirdi ki, Evin zindanının daxili qanunlarına əsasən, aclıq aksiyası keçirən məhbusların fiziki şəraitinə qarşı mümkün hər hansı bir təhlükənin qarşısını almaq üçün onların təkadamlıq kameralara köçürülməsi mümkün deyil”.

 

 

“ETTELAAT” əməkdaşları,  36 yaşlı Siyamək Mirzayini, 2016-cı il, iyulun 14-ü axşam saatlarında Ərdəbilə yaxın Parsabad şəhərində şəxsi ərzaq mağazasında tutublar. O, əvvəlcə ETTELAAT-ın yerli idarəsinə aparılsa da, sonradan Tehranın Evin zindanına köçürülüb. O, hazırda həmin həbsxananın 8-ci korpusunda saxlanılır.

 

Tehran inqilab məhkəməsi, Siyamək Mirzayini ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda və  qanunsuz qurum yaratmaqda günahlandıraraq 10 il həbsə və 2 il Cənubi Xorasan əyalətinin Təbəs şəhərinə sürgünə məhkum edib.

 

Bundan əvvəl fəalın Apellyasiya Məhkəməsinin mayın 17-də keçiriləcəyi bildirilsə də, həmin gün, onun işi (dosyesi) məhkəməyə təqdim edilmədiyinə və digər naməlum səbəblərə görə məhkəmə iclası yenidən təxirə salınıb. Məhkəmənin dəqiq vaxtı barədə məlumat verilməyib.

 A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN