Şovinistlər Qaşqay komandasının qələbə münasibəti ilə asılan təbrik bannerinə dözmədilər

Şovinistlər Qaşqay komandasının qələbə münasibəti ilə asılan təbrik bannerinə dözmədilər

GünAz TV: İranda şovinistlər Qaşqay komandasının qələbə münasibəti ilə asılan təbrik bannerinə dözməyərək, bannerin üzərinə qara yağ səpiblər.

 

Əldə etdiyimiz məlumata görə, “Qaşqay yurd” komandasının “Piruzi” üzərində qələbəsini təbrik edən banner, naməlum şəxslər tərəfindən görünməz vəziyyətə salınıb. İrqçiləin hücumuna məruz qalan banner, Həkim Cahangirxan Qaşqay müəssisəsi tərəfindən “Qaşqay yurd”-“Piruzi” görüşündən sonra Şəhrza şəhərində asılıb.

 

Üzərində “Qaşqay elini dərya qiyas et – Çalxalanır Çalxalanır bərqərar olur” və fars dilində “Qaşqay komandasının İran kuboku yarışlarında “Piruzi” üzərində qələbə çalması münasibəti ilə qaşqay qövmünü təbrik edirik” sözü yazılmış banner, Qaşqay Online Telegram kanalı tərəfindən yayılıb.

 

Qeyd edək ki, sentyabrın 30-da “Qaşqay yurd” komandası “Piruzi”ni  məğlub edərək İran kubokunun 1/16 final mərhələsinə yüksəldi. Bu hadisə qaşqay türklərinin böyük sevincinə səbəb olmaqla yanaşı fars şovinistlərini də komandaya qarşı hərəkətə gətirdi. Görüş Güney Azərbaycan mətbu orqanlarında da geniş şəkildə işıqlandırıldı.

 

 

N.S

Açar Sözlər

Güney Azərbaycan

HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN