Sulduzda divarlara posterlər yapışdırılıb: “Biz hamımız Abbas Lisaniyik”

Sulduzda divarlara posterlər yapışdırılıb: “Biz hamımız Abbas Lisaniyik”

GünAz TV: Qərbi Azərbaycan Əyalətinin Sulduz şəhərində hazırda Ərdəbil zindanında saxlanılan tanınmış güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin azadlığa buraxılmasını tələb edən posterlər hazırlanıb.

 

Milli-mədəni fəallar tərəfindən çap olunan posterlər şəhərin müxtəlif məhəllələrində divarlara yapışdırılıb.

 

Fəallar posterlərə “Free abbas lesan” və “Biz hamımız Lisaniyik” sözləri yazmaqla tanınmış fəalın qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edib, onun barəsində çıxarılan ədalətsiz ağır həbs qərarını pisləyiblər.

 

Abbas Lisani yanvarın 15-də saxlandıqdan sonra onun qanunsuz saxlanması və qeyri-şəffaf məhkəmə prosesinə qarşı müxtəlif formalarda etiraz edilib. Soydaşlarımızın “Traxtur” komandasının görüşlərində şüar səsləndirməsi, tanınmış azərbaycanlı fəalların açıq etiraz məktubu ünvanlaması, Azərbaycan şəhərlərində posterlərin paylanılması, divarlara fəalın azadlığını tələb edən şüarların yazılması, etiraz kampaniyalarının keçirilməsi və s. kimi etiraz tədbirləri ilə tanınmış fəalın azadlığa buraxılması tələb olunub.

 

Ərdəbilin İnqilab Məhkəməsi iyulun 8-də Abbas Lisanini 8 il həbs və 2 il Yəzd şəhərinə sürgünə məhkum edib. Ötən günlərdə həbs qərarı Nasir Ətəbatinin sədri olduğu Ərdəbil Apellyasiya Məhkəməsinin 1-ci şöbəsində 15 ilədək artırılıb. Apellyasiya Məhkəməsinin hökmü oktyabrın 1-də Abbas Lisani  və onun vəkilinə açıqlanıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN