Sulduzda kürdlərin şəhər şurasına nüfuz etmək cəhdləri nəticə vermədi

Sulduzda kürdlərin şəhər şurasına nüfuz etmək cəhdləri nəticə vermədi

GünAz TV: Güney Azərbaycanın Sulduz şəhərində kürdlərin şəhər şurasına nüfuz etmək cəhdləri nəticə verməyib.

 

Açıqlanan son nəticələrə əsasən şəhər şurasına seçilən namizədlərin hamısı Azərbaycan türkləridir.

 

Soydaşlarımız sübut etdi ki, ayıq-sayıqlıq nəticəsində Azərbaycan torpaqlarına göz tikən bütün qüvvələrin arzularını gözlərində qoymaq mümkündür.

 

Açıqlanan son məlumata əsasən, səs sayına görə sıralamada aşağıdakı adlar yer alıb:

1.Vəli Babusə - 17308 səs

2.Fərhad Əkbəri – 15122 səs

3.Rəsul Siyami – 14389  səs

4.Musa Ağacani – 14018 səs

5.Mehdi Ələvi  - 13089 səs

6.Leyla Heydəri – 11688 səs

7.Səid Dilməqani – 11672 səs

8.Əziz Rəhimi  - 11267 səs

 

Bildirilir ki, şura seçkilərində ən çox səs qazanan ilk 13 namizədin hamısı türkdür. 14 və 15-ci yerlərdə isə kürd əsilli Taha Mərufzadə və Əhmədi Əqdəm yer alıb.

 

Qeyd edək ki, radikal kürd qruplaşmaları Urmiyə və Sulduz şəhərlərində öz əlaltılarını seçkilərdə qalib etdirmək üçün bir çox açıq və gizli tədbirlərə əl atdılar. Onlar seçkilər günü səs vermək məqsədi ilə Kürdistanın müxtəlif bölgələrindən Sulduz şəhərinə kürd əsilli insanlar gətirdilər. Kürdlər əsasən Mahabad, Piranşəhr, Sərdəşt, Bukan və Sənəndəc kimi şəhərlərdən Sulduza gətirildi. Lakin azərbaycanlıların ayıq-sayıqlığı nəticəsində radikal qrupların cəhdi heç bir nəticə vermədi.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN