Suriyadan daha 6 “Sepah”çının meyitləri ölkəyə gətirilib

Suriyadan daha 6 “Sepah”çının meyitləri ölkəyə gətirilib

GünAzTV: İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) daha 6 üzvü Suriyada gedən döyüşlərdə həlak olub.

 

Suriya prezidenti Bəşər Əsəd rejiminə dəstək məqsədilə bir neçə həftə əvvəl bu ölkəyə göndərilən hər altı “Sepah”çı son günlər Suriyanın Hələb əyalətində və digər məntəqələrdə Əsədə müxalif qüvvələrlə qarşıdurmalarda öldürülüb. Həlak olanlardan 5-i “Sepah”ın Əfqanıstan və Pakistandan olan muzdlu üzvləri, biri isə İran vətəndaşıdır. Öldürülən “Sepah”çıların hamısının  adları bəlli olmasa da, onlardan yalnız ikisinin, (Əfqanıstandan olan Məhəmmədbağır Fəsihi və İrandan olan Mehdi Hüseyni) adları mediaya açıqlanıb. Meyitləri ölkəyə gətirilən “Sepah”çılar oktyabrın 6-da İranın Qum, Rey (Şabdiləzim) və Tehran şəhərlərində torpağa tapşırılıb.

 

İran İslam Respublikası Suriya hökumətinin əsas himayədarlarından biri sayılır. Son illər Bəşər Əsəd rejimini qorumaq məqsədilə bu ölkəyə göndərilən minlərlə “Sepah”çı bu ölkədə müxalif qüvvələrlə qarşıdurmalarda həlak olub. Həlak olanların əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan muzdlu Əfqanıstan və Pakistan vətəndaşlarıdır.

A.M

Açar Sözlər

Güney Azərbaycan

HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN