Tanınmış azərbaycanlı fəal Abbas Lisani qarşıdakı prezident seçkiləri ilə bağlı bəyanat yayıb

Tanınmış azərbaycanlı fəal Abbas Lisani qarşıdakı prezident seçkiləri ilə bağlı bəyanat yayıb

GünAz TV: Tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisani yaxın günlərdə İranda keçiriləcək prezident seçkiləri ilə bağlı bəyanat yayıb.

 

Bəyanatda deyilir:

“Yücə tanrının adı ilə

Böyük Azərbaycan ulusu və sarsılmaz ulusal çalışqanlar

 

Bildiyiniz kimi, önümüzdəki günlər, ölkədə keçiriləcək seçkilər səbəbindən Güney Azərbaycanın ən önəmli və həssas günlərindən biridir.

 

Quşqusuz ki, keçmişdə olduğu kimi bu aşamanı da millətin ayıq-sayıq olan oğul və qızlarının ürək, söz və düşüncə birliyi ilə böyük başarı əldə edərək aşacayıq.

Ancaq vurğulamasında yarar görülən bir neçə önəmli qonu var.

 

Bildiyiniz kimi, Güney Azərbaycanda başdan-başa öz təsirini qoyan seçkilərə, Milli Hərəkətımızın çeşitli qolları öz siyasət və tutumlarına uyğun olaraq yanaşmaqdadır, bu isə olduqca doğaldır. Ona görə ki, milli mənafeyimizin qorunması şərti ilə Hərəkatın içində milli haqları qorumağa çalışan müxtəlif qüvvələrin plülarizm və çeşitliliyə dayanaraq ulusal çıxarları qorumaq hüququ  vardır.

 

Bu gün bu türlü davranış və tutumlar, bütün Güney Azərbaycanda yuxarıda qeyd olunan şərtlərin riayət edilməsi ilə keçərli ola bilər, təkcə bir bölgədən başqa. O həssas bölgə bütün Azərbaycanın göz bəbəyi olan Batı Azərbaycan bölgəsidir.

 

Son illərdə dünya qüdrətlərinə vasitə və maşaya çevrilən, Orta Doğuya yazılmış lakin kəsinliklə məğlubiyyətə uğrayacaq bir ssenari və projenin uyğulanmasında qullanılan kürd terror qrupları, türk dünyasının önəmli nöqtəsi və qırılmaz zəncirin halqalarından biri olan Batı Azərbaycana dış qıcırdıblar.

 

İllər boyu köç və aşırı doğub-törəmə siyasəti ilə Batı Azərbaycanın etnoqrafik durumunu dəyişmək istəyən, lakin artıq bunun nəticəsizliyini görən köçkün və mühacir kürdlər, yenə də millətimizin bəzi kəsimlərinin qonaqpərvərlik və xoşgörülü baxış və davranışlarına və daha təhlükəlisi bölgədə hakimiyyət və sistemə bağlı ictimai, siyasi və mədəni sahədə təsir imkanına malik olan bəzi məsul şəxslərin milli mənafeyə uyğun olmayan yanaşmalarına göz tikiblər.

 

Bütün bunlara baxmayaraq bu gün Milli Hərəkat Güneyin bütün bölgələrində olduğu kimi, Batı Azərbaycanda da millət arasında danılmaz ətki və nüfuza malikdir. Quşqusuz ki, o bölgədə özəlliklə qəhrəman Sulduz və Güney Azərbaycanın mədəniyyət başkəndi olan Urmuda bütün milli fəallar, o cümlədən təşkilatlar, cərəyanlar, öyrəncisəl qurumlar, nəşriyyələr, habelə Batı Azərbaycanda illər boyu milli düşüncəni yayan dolğun və dəyərli “Ağrı” nəşriyyəsi və sayqıdəyər şəxslərin yüksək iradəsi ilə bu tarixi və həssas çağda bütün ambisiyalar və fikir ayrılıqlarını bir yana qoyub düşmən gözü çıxardan bir birlik sərgiləyəcəklər. Batı Azərbaycandakı milli fəallar bilməlidir ki, bütün güney azərbaycanlıların gözü siz şərəfli oğul və qızlarımızın davranışındadır. Bizim Batı Azərbaycanda, xüsusi ilə də Sulduz və Urmuda türk əhalisinin sayı ilə əlaqədar heç bir problemimiz yoxdur, lakin qayğı bundan ibarətdir ki, əhalinin səsi diqqətsizlik və qəflət üzündən lazımsız şəkildə hədər gedə bilər.

 

İnanırıq ki, həssaslıq hiss olunan şəhərlərdə bu önəmli tarixi dönəmi uduşla keçəcəyik. Oradakı milli fəallarımız bir araya gələrək tək yumruq olub, sağlam bir siyahı verərək həm azğın düşməni yerində oturdacaqlar, həm də millətimizin və gələcək nəsillərin qarşısında üzü ağ olacaqlar, əks halda... .” deyə Abbas Lisaninin yaydığı bəyanatda qeyd olunub.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN