“Təbiət Günü” iməciliyi keçiriləcək – Ərdəbildə

“Təbiət Günü” iməciliyi keçiriləcək – Ərdəbildə

GünAz TV: Güney Azərbaycanın Ərdəbil şəhərində təbiət və şəhəri təmiz saxlamaq mədəniyyətini təbliğ məqsədi ilə “Təbiət Günü” iməciliyi keçiriləcək.

 

Bu barədə Ərdəbilin bələdiyyə başqanı Həmid Lotfollahiyan açıqlama verib.

 

““Təbiət Günü”ndə  (aprelin 2-də) Ərdəbildə “Bizim, həyat üçün yalnız bir torpağımız var” adı altında iməcilik keçiriləcək. Həmin gün şəhərdə nəzərdə tutulmuş yerlər zibil və məişət tullantılarından təmizlənəcək. İməcilik işlərində bir çox yerli əhali iştirak edəcək”- deyə o bildirib.

 

Bələdiyyə başqanı əlavə edib ki, Təbiət Günündə yerə daha çox zibil və məişət tillantıları atıldığı üçün, iməcilik məhz bu gün həyata keçiriləcək. Əsas məqsəd şəhəri təmizləmək və bu mədəniyyəti əhali arasında təbliğ edərək onu ənənəyə çevirməkdir.

 

““Təbiət Günü”ndə iməciliyə qatılan gənclər və yeniyetmələrə xüsusi zibil torbaları paylanılacaq. Onlar zibilləri torbalara toplayıb və bunun qarşılığında Bələdiyyə İdarəsindən xüsusi hədiyyələr alacaqlar”- deyə H.Lotfollahiyan sözlərinin davamında deyib.

 

Qeyd edək ki, oxşar işlər ötən illərdə Urmu gölü ətrafında dəfələlər görülüb. Vaxtaşırı keçirilən iməciliklər, təbiəti təmizləməkdən başqa Urmu gölü böhranını da gündəmə gətirdiyi üçün yerli əhali tərəfindən bir ənənəyə çevrilib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN