“Təbriz 2018”-in loqosu Alp dağlarında qaldırıldı - GÖRÜNTÜ

“Təbriz 2018”-in loqosu Alp dağlarında qaldırıldı - GÖRÜNTÜ

GünAz TV: Azərbaycanlılar bütün vasitələrdən istifadə edərək Təbrizi 2018-ci ilin islam ölkələrinin turizm paytaxtı seçildiyi üçün təbliğ edirlər.

 

Məlumata görə, tanınmış azərbaycanlı alpinist (dağçı)  Hadi Səttar Fruğ dünyanın ən tanınmış sıra dağlarından olan Alp dağlarında “Təbriz 2018”-in loqosunu qaldırıb.

 

Azərbaycanlı idmançı yanvarın 8-i səhər vaxtlarında İsveçrədə Alp dağlarının Pilatus zirvəsini fəth edərək turizm layihəsi ilə bağlı loqonu nümayiş etdirib.

 

İsveçrənin Lüsern şəhərinin ətrafında yerləşən Pilatus zirvəsi bu ölkənin ən məşhur turizm məkanlarından biridir.

 

Dünyanın bir çox məşhur zirvəsini fəth edən tanınmış alpinist Hadi Səttar Fruğ, ötən yazda hündürlüyünə görə dünyanın 7-ci zirvəsi olan Himalay dağlarının Dhaulagiri zirvəsini fəth edərək Azərbaycan idmanına şöhrət gətirmişdir.

 

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin turizm nazirlərinin Nigeryanın paytaxtı Niamey şəhərində keçirilən İslam Konfransında Təbriz şəhəri 2018-ci ilin İslam turizm paytaxtı seçilib. Bu şəhərin 2018-ci ildə bütün dünya ölkələri, xüsusi ilə də islam dünyasından çox sayda turist qəbul edəcəyi gözlənilir.

 

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN