Təbriz-Məşhəd qatarının qəzaya uğramasına səbəb olanlar mühakimə edilməlidir – Azərbaycanlı millət vəkili

Təbriz-Məşhəd qatarının qəzaya uğramasına səbəb olanlar mühakimə edilməlidir – Azərbaycanlı millət vəkili

GünAz TV: Ötən il noyabrın 25-də Təbrizdən Məşhədə gedən qatarın uğradığı qəzada təxminən 50 nəfər həlak olmuşdur, hadisəyə səbəb olan məsulların hələ də ictimaiyyətə təqdim olunmaması bir çox etirazlara səbəb olub.

 

Bu barədə Təbriz, Azərşəhr və Üskünün İran parlamentindəki millət vəkili Zəhra Sai hadisənin birinci ildönümü ilə əlaqədar qəza qurbanlarının ailə üzvlərinə  başsağlığı verərək səbəbkarların kimliyinin müəyyən edilməməsi və onların cəzalandırılmamasından şikayətlənib.

 

“Təbrizli sərnişinlərin ölümünə səbəb olan hadisədə kimlərinsə məsuliyyət daşıdığı aydın məsələdir. Ona görə də, biz bu şəxslərin kimliyinin elan olunması və mühakimə edilməsini tələb edirik. Bu barədə konkret nəticə əldə olunanadək səylərimizi davam etdirəcəyik”- deyə o bildirib.

 

Millət vəkili çox sayda insanın ölümü ilə nəticələnən qəza barədə təfərrüatların bu günədək gizli qalmasından təəssüf hissi keçirdiyibi bildirib.

 

“Şübhəsiz ki, belə bir hadisə bir sıra məsul şəxslərin qüsuru nəticəsində baş verib. Lakin onlara qarşı heç bir əməli tədbir görülməyib. Biz isə millət vəkilləri olaraq qəza ilə bağlı hər şeyin aydınlaşdırılması və səbəbkarların cəzalandırılması məsələsində hadisədə həyatını itirən insanların ailə üzvlərinin yanında olacayıq”- deyə o əlavə edib.

 

Z.Sai sözlərinin davamında deyib: “Təbriz-Məşhəd qatarının qəzası ilə bağlı təşkil olunan dosyeyə daha həssas şəkildə yanaşılmalıdır. Bu barədə lazımı araşdırmalar həyata keçirilməli və son qərar verilməlidir. Biz bütün bunları məhkəmə və icra orqanlarından gözləyirik”- deyə millət vəkili təkidlə vurğulayıb.

 

Qeyd edək ki, 2016-cı il noyabrın 25-i yerli vaxtla saat 7:45 dəqiqədə Təbriz-Məşhəd qatarı İranın Siman vilayətində ağır qəza keçirib. İran dövlət dəmir yolları idarəsinin diqqətsizliyi nəticəsində baş verən hadisədə ölənlərin sayının həddindən artıq olmasının əsas səbəbi, təcili yardım qruplarının hadisə yerinə gec çatması olub. Qəzada 49 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN