Təbriz Podşipnik Zavodunun işçiləri etiraz yığıncağı keçirib

2017-08-12 13:40

GünAz TV: Güney Azərbaycanın əksər sənaye və istehsal müəssisələri bazarda olan durğunluq və bölgədə hökm sürən iqtisadi tənəzzül səbəbindən işçilərin əmək haqlarını ödəmək iqtidarında deyil.

 

Son məlumata görə, Təbriz Podşipnik (bolbrinq) Zavodunun 100-dən çox işçisi 4 aydır əmək haqlarını ala bilmədikləri üçün Təbriz Şəhər İca Hakimiyyəti (fərmandari) binasının önündə etiraz yığıncağı keçiriblər.

 

Şənbə günü keçirilən yığıncaq zamanı iştirakçılarından bir neçəsi “İlna” xəbər agentliyinə 4 aydır maaş və sığorta haqlarının ödənilmədiyini deyərək sahibkardan şikayətçi olduqlarını bildiriblər.

 

“Zavod 10-cu hökumət zamanı (Əhmədinəjad dövrü) özəlləşdirildi, o gündən bəri şirkət likvidlik (nəğdinəgi) problemi ilə üzləşib. Artıq işçilərin maaşlarının 3, 4 ay gecikməsi adi hala çevrilib”- deyə işçilər bəyan edib.

 

Şərqi Azərbaycanın İş üzrə İslami Şuralar Koordinasiya Mərkəzinin rəisi Çingiz Qasimi “İlna” xəbər agentliyinə danışarkən işçilərin sözünü təsdiqləyib. “Sənaye müəssisələri, o cümlədən Təbriz Podşipnik Zavodunun problemləri, onların özəlləşdirilməsindən sonra başlayıb”- deyə o vurğulayıb.

 

 

Təbriz Şəhər İcra Hakimiyyəti başçısı Rəhim Şöhrəti də oxşar açıqlama ilə çıxış edib.

 

“Bu problemlə bağlı Ticarət və Mədən Sənayesi Nazirliyi  məsuliyyət daşıyır. Yerli məsulların bütün xəbərdarlığına baxmayaraq zavodun problemləri məsələsinə çox gec baxıldı. Zavod 10-cu hökumət dövründə Sənaye və Mədən Bankı vasitəsi ilə özəl sektora ötürüldü, zavodu təhvil alan şəxs onu idarə etmək imkanına malik deyil. Düşünürəm ki, istehsal vəziyyətində olan bir zavodun belə bir şəxsə buraxılması, onu iflasa uğratdı. Bu şirkət təmami ilə özəl müəssisədir, istənilən problemə sahibkarın özü cavabdeh olmalıdır. Lakin sahibkar imkansızlıqdan problemləri həll edə bilməsə, o zaman himayəçilər hərəkətə keçib, yeni tədbirlər görməlidilər”- deyə R.Şöhrəti qeyd edib.

 

Təbriz Podşipnik Zavodu Azərbaycanın çox önəmli sənaye müəssisələrindən biridir, zavod uzun müddətdir dövlətin yalnış siyasətləri nəticəsində bir çox problemlə üz-üzə qalıb. Son illərdə Şərqi Azərbaycanda 25-dən çox sənaye müəssisəsi dövlət tərəfindən özəl müəssisə vəya fiziki şəxslərə ötürülüb, onlardan hazırda ən azı 21-i ciddi maliyyə sıxıntısı ilə üz-üzə qalıb. Sənaye müəssisələrini alanların əksəriyyəti hökumət rəsmilərinə yaxın şəxslərdir.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Təbriz Universitetində türk dili və ədəbiyyatı üzrə təhsil alan ilk tələbələr məzun olub + GÖRÜNTÜ

2020-09-21

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-21

gun az article

İran rəsmisi Muğanda neft yataqlarının axtarışına başlanacağını açıqlayıb

2020-09-21

gun az article

Həbsə məhkum edilən 2 milli fəalın məzuniyyəti uzadılıb

2020-09-21

gun az article

Xorasan türkləri Nadir Şah haqqında kitab nəşr edib

2020-09-21

gun az article

Güney Azərbaycanda 3 işçi qazdan zəhərlənərək ölüb

2020-09-21

gun az article

İranlı nazir Azərbaycanın Təkab şəhərini Kürdüstan adlandırıb + VİDEO

2020-09-20

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-20

gun az article

“Durnalar yuvası”  stadionunun türkcə lövhəsi qaytarılıb

2020-09-20

gun az article

Qızıl şəhəri Təkab sürgün məntəqəsi kimi təqdim olunub

2020-09-20

gun az article

Azərbaycan adını təhrif edən mağazalar şəbəkəsi düzəliş etməyə məcbur olub

2020-09-20

gun az article

Yüzlərlə iraqlı kürd tələbəsinin Təbrizə yerləşdirilməsi barədə məlumatlar yayılıb

2020-09-19

gun az article

Güney Azərbaycanın Zəncan və Həmədan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-19

gun az article

Şərqi Azərbaycan muzeylərinə ziyarətçilərin sayı kəskin azalıb

2020-09-19

gun az article

İrəc Hərirçi: “Şərqi Azərbaycanda koronavirusa yoluxma halları artan templə davam edir”

2020-09-19

gun az article

Şərqi Azərbaycanda baş verən yol qəzasında 2 nəfər ölüb

2020-09-19

gun az article

GünazTV Sep.18.2020: Azadlıq səsi: Farsçılığın demokrasiyə qarşı düşmənçiliyi

2020-09-19

gun az article

GünazTV Sep.18.2020-QADINCA: #Azərbaycan Talandı Kampanyası

2020-09-19

gun az article

GünazTV Sep.18.2020: İran toplumunun 70% -i məcburi hicaba qarşı çıxır

2020-09-18

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-18