Təbriz Şura Seçkilərində “El Gücü” koalisiyası bu məsələləri gündəmə gətirir

Təbriz Şura Seçkilərində “El Gücü” koalisiyası bu məsələləri gündəmə gətirir

GünAz TV: Xəbər verdiyimiz kimi, Təbrizdə Azərbaycanın bəzi milli tələblərini gündəmə gətirən Şəhər Şura Seçkilərinə namizədlərdən bir neçəsi “El gücü” adlı koalisiya yaradıblar.

 

Son günlərdə ictimaiyyətə təqdim olunan koalisiyaya təbliğat fəaliyyətinə başlamaq üçün Təbriz Şəhər İcra Hakimiyyətindən (fərmandari) icazə verilib. “El gücü” koalisiyası Təbriz əhalisi üçün böyük əhəmiyyət daşıyan şəhər həndəvərində yaşayış məntəqələri problemi, şəhər memarlığı, davamlı inkişaf və şəhərdə dəyişdirilən yer adlarının yenidən bərpa olunması kimi məsələləri gündəmə gətirir.

 

Məlumata görə, “El gücü” koalisiyası təbliğat işləri böyük vəsait tələb etdiyi üçün əsasən internetdə təbliğat aparır. Koalisiyanın təbliğat kampaniyasına qoşulanların sayı getdikcə artır.

 

“El gücü” koalisiyasında yer alan namizədlər bunlardır: Leyla Cavidan, Əmirrza Əs`ədi, Səid Baqiri Qolzar, Əli Bəyməhəmədi, Mehdi Purquli, Vəhid Zadşəmpur və Səid Fatih.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN