Təbriz Traktorqayırma Şirkəti bağlandı!

Təbriz Traktorqayırma Şirkəti bağlandı!

GünAz TV: Təbriz Traktorqayırma Şirkətinin iflasa uğradığı bildirilir.

 

Bu barədə Millət Yatırım Şirkətinin icraçı direktoru Söhrab Rəstə bəyanat yayaraq Təbriz Trakturqayırma Şirkətinin (İran Traktorqayırma Şirkəti) iflasa uğradığını elan edib. “Şirkət, Təbriz Məhkəməsinin 7 və 11-ci Şöbələrinin çıxardığı hökmə əsasən müflis elan edilib”- deyə şirkətin son vəziyyəti barədə açıqlanan bəyanatda qeyd olunub.

 

Bəyanata əsasən sözügedən şirkət 13 gün öncə iflasa uğradığını elan edib.

 

Söhrab Rəstənin sözlərinə görə, artıq şirkət Təbriz Hesablaşma və İflas İşləri üzrə Qurumun nəzarəti altındadır.

 

Hələlik Təbriz Traktorqayırma Şirkətinin rəsmi məsulları yayılan xəbərə heç bir reaksiya verməyiblər.

 

Qeyd edək ki, sözügedən şirkətin əsas səhmdarı İslam İnqilabı Keşikçilər Korpusu (“Sepah”) və İran İqtisadiyyatı Mehr Yatırım Şirkətidir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN