Təbrizdə divarlar milli şüarlarla bəzədilib – GÖRÜNTÜ

Təbrizdə divarlar milli şüarlarla bəzədilib – GÖRÜNTÜ

GünAz TV: Güney Azərbaycanın Təbriz şəhərində divarlara bir çox milli şüar yazılıb.

 

Milli fəallar bütün riskləri göz önünə alaraq Güney Azərbaycan türk millətinin dövlətdən tələb etdiyi demokratik və milli hüquqların bir neçəsini  divarlarda əks etdirməyə çalışıblar.

Onlar ən çox türk dilində təhsil hüququnun təmin edilməsi və həbsdə olan azərbaycanlı milli-mədəni fəalların azadlığa buraxılması ilə bağlı şüarlar yazıb.

 

“Türk dilində mədrəsə - Olmalıdır hər kəsə”, “Azərbaycanın siyasi məhbusları özgür buraxılsın”, “Azərbaycanın siyasi məhbuslarını azad edin”, “Təbrizdən xəbərdarlıq: Azərbaycan var olsun – Siyasilər azad olsun”, “Azərbaycan bir olsun – Mərkəzi Təbriz olsun” və s. kimi şüarlara şəhərin əksər məhəllələrində rast gəlinir.

 

Ötən günlərdə Güney Azərbaycanın digər şəhərlərində də oxşar şüarlar görünmüşdür. Milli şüarlar divarlara yapışdırılan posterlərdə əks olunmuşdur.

 

 

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN