Təbrizdə Əli Poladın qələmə aldığı satirik əsərin təqdimat mərasimi keçirilib

Təbrizdə Əli Poladın qələmə aldığı satirik əsərin təqdimat mərasimi keçirilib

GünAz TV: Güney Azərbaycanın Təbriz şəhərində “Türk ədəbiyyatı və mədəniyətində gülüş, mizah və yumor” kitabının təqdimat mərasimi keçirilib.


Əli Poladın qələmə aldığı əsər noyabrın 12-də Təbrizin neft-kimya salonunda təqdim olunub.


Müəllifin dediyinə görə, 7 cildlik kitabda son min ildə 600-dən çox İranda türk yazıçı və şairin satirik şeir və nəsr nümunələrini görmək mümkündür.


“Dünya üzrə birinci dəfədir ki, başqalarına gülmək deyil, insanları güldürmək məqsədi ilə belə bir böyük əsər qələmə alınıb. Əsərin birinci bölümü bir çoxları üçün cazibədar və gülməli olmaya bilər. Bu, dil, adət-ənənə və mədəniyyətdə baş verən dəyişiklərlə əlaqədardır.”- deyə Əli Polad qeyd edib.


Məşhur iş adamı gülməyin bütün dərdlərə qarşı antidot kimi əməl etdiyini bildirərək bu kimi əsərlərin nəşr olunmasının vacibliyini xüsusi vurğulayıb.


Məlumata görə, mərasimdə çoxlu şeir oxunub və aşıq mahnıları ifa olunub. İştirakçılar həmçinin satirik şerləri dillər əzbəri olan Güney Azərbaycanın görkəmli şairi Hüseyn Kərimi Marağalının yaradıcılıq fəaliyyətini təqdir edib.


https://www.youtube.com/watch?v=ZIAc2WDn9AY&feature=emb_logo

 


N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN