Təbrizdə Kərkükü dəstəkləyən bannerlər asılıb – GÖRÜNTÜ

Təbrizdə Kərkükü dəstəkləyən bannerlər asılıb – GÖRÜNTÜ

GünAz TV : Güney Azərbaycanda Şimali İraq Kürd Bölgəsəl Yönətiminin türk və ərəb torpaqlarında qanunsuz separatçı referendum keçirməsinə qarşı etirazlar artıb.

 

Məlumata görə, Təbriz şəhərində üzərində “Kərkük türkdür, türk qalacaq” və “Təbrizdən türkmən qardaşlarımıza dəstək” şüarı yazılmış çox sayda bannerlərə asılıb, belə bannerlərə şəhərin müxtəlif yerlərində rast gəlmək mümkündür.

 

 

Azərbaycanlı milli-mədəni fəallar təhlükəsizlik qüvvələrinin bütün təzyiq və təhdidlərinə rəğmən bölgədə gedən təhlükəli oyunları fərq edərək belə bir irskli hərəkətə əl atıblar.

 

Referendumla bağlı güney azərbaycanlıları ən çox narahat edən məsələ İraqın şimalında yerləşən Kərkük və digər türk şəhər və kəndləridir. Zəngin neft və qaz yataqlarına malik olan Kərkük və digər türk bölgələri radikal kürdlərin  xəyali böyük Kürdistan xəritəsinə daxil edilib. Bu bölgə son illərdə İraqda baş verən müxtəlif hadisələr zamanı kürd terror qruplaşmalarının hücumuna məruz qalıb və demoqrafik tərkibi müəyən qədər dəyişdirilib. Şimali İraq Kürd Bölgəsəl Yönətiminin bu bölgəni xəyali Kürdistana ilhaq etməyə çalışması və orada baş verə biləcək terror aktları bütün türk dünyası, o cümlədən Güney Azərbaycan əhalisinin ciddi nigaranlığına səbəb olub.

 

Qeyd edək ki, sentyabrın 25-də İraq Kürdistanında sözdə müstəqillik haqqında referendum keçirilib. Türkiyə, İran, İraq və dünyanın əksər ölkələri referendumun qanunsuz olduğunu, nəticələrini tanımayacaqlarını dəfələrlə vurğulayıblar. Referendum İraqın Kərkük kimi türk şəhərlərini də əhatə edir. Şimali İraq Kürd Bölgəsəl Yönətiminin lideri Məsud Barzaninin əmri ilə keçirilən referenduma bölgənin türkmən əhalisi kəskin etiraz edir.

 

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN