Təbrizdə milli yönlü fəallara seçkilərlə bağlı təbliğat mərkəzi açmaq icazəsi verilib

Təbrizdə milli yönlü fəallara seçkilərlə bağlı təbliğat mərkəzi açmaq icazəsi verilib

GünAz TV: Təbrizdə Şura Seçkiləri ilə bağlı milli yönlü fəalların təbliğat mərkəzi açılacaq.

 

Məlumata görə, artıq Təbriz Şəhər İcra Hakimiyyəti (fərmandari) “El Gücü” təbliğat mərkəzinin açılmasına rəsmi icazə verib.

 

Bu barədə etibarlı bir mənbə tərəfindən “Yol Press”ə məlumat verilib. “Sözügedən mərkəz bundan öncə “Azərbaycançılar” adı ilə təşkil olunmuşdur. Lakin Şəhər İcra Hakimiyyəti müraciət edənlərə “El gücü” adı altında təbliğat mərkəzi yaratmağa icazə verib”-deyə o bildirib.

 

Təbriz Şəhər Şurası ilə bağlı “El gücü” təbliğat mərkəzinin açıqladığı siyahıda bu adlar yer alıb: Leyla Cavidan, Əmirrza Əs`ədi, Səid Baqiri Qolzar, Əli Bəyməhəmədi, Mehdi Purquli, Vəhid Zadşəmpur və Səid Fatih.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN