Təbrizdə seçkilərdən sonra milli şüarlar səsləndirilib – VİDEO / GÖRÜNTÜ

Təbrizdə seçkilərdən sonra milli şüarlar səsləndirilib – VİDEO / GÖRÜNTÜ

GünAz TV: Xəbər verdiyimiz kimi, İranda mayın 19-da prezident və Şəhər Şurası seçkiləri keçirilib.

 

Seçkilərdə hazırkı prezident Həsən Ruhaninin qələbə qazandığı elan edildikdən sonra onun tərəfdarları müxtəlif şəhərlərdə toplaşıb və şənlik ediblər. Təbriz xiyabanları isə mayın 20-də bambaşqa hadisələrə şahid olub. Sosial şəbəkələrdə yayılan Video Görüntülərdə göründüyü kimi soydaşlarımız müxtəlif milli şüarlar səsləndirərək Azərbaycan türk millətinin demokratik və milli hüquqlarını bir daha tələb ediblər. “Haray haray mən türkəm”, “Azərbaycan var olsun – İstəməyən kor olsun”, “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə”, “Biz ölməyə hazırıq – Babəkin sərbazıyıq”, “Türk dili, qeyrət dili”, “Siyamək Mirzayi azad edilsin”, “Nə sağçıyam, nə solçu – Millətçiyəm millətçi” və s. kimi şüarlar axşam saatlarına qədər Təbriz küçə və meydanlarında eşidilib.

 

Məlumata görə, aksiyaçıların sayının artması təhlükəsizlik qüvvələrini hərəkətə gətirib, onlar şəhərin mərkəzi xiyabanlarını nəzarətə alaraq etirazçıların bir yerə toplaşmasına mane olublar. Hökumət qüvvələri dəfələrlə aksiyaçılara hücum edib, onlardan bir neçəsini döyüblər.

 

Soydaşlarımız seçkilər zamanı öz etirazlarını müxtəlif formalarda nümayiş etdiriblər. Seçkilərə qatılan bir sıra azərbaycanlılar səs bülitenləri üzərində dövlətin Azərbaycan türk millətinə olan ayrı-seçkilik siyasətini qınayaraq müxtəlif şüarlar yazıblar. Soydaşlarımız İranda fars irqçiliyinə son qoyulmasını və Azərbaycan türklərinin milli hüquqlarını tələb edən cümlələrlə çıxış ediblər.

 

Bülitenlərin üzərinə yazılan bəzi cümlələr bunlardan ibarət olub:

-        “Hanı mənim ana dilim – Hanı mənim Urmu gölüm!”

-        “Azərbaycan var olsun”

-        “Ölüm olsun fars şovinizminə - Yaşasın türk”

-        “Yaşasın AnaTəbrizim”

-         “Abbas Lisani”

-         “Seyid Cəfər Pişəvəri”

 

Bəzi bületənlərin üzərinə isə çağdaş Türkiyənin qurucusu böyük öndər Atatürk və Türkiyənin hazırkı prezidenti  Rəcəb Tayıb Ərdoğanın adı yazılıb.

 

Video:

https://www.youtube.com/watch?v=MbnLBBYY9HY

 

 

 

 

 

 

 

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN