Təbrizdə Şura Seçkiləri zamanı saxlanılan 35 nəfər haqda son məlumat

2017-05-25 13:29

GünAz TV: Təbrizdə seçkilər zamanı Şəhər Şurasına namizədlərin tərəfdarları arasında yaranan qarşıdurmaya görə 35 nəfər təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmışdır.

 

Bu barədə Şərqi Azərbaycan Ədliyyə Şöbəsinin rəisi Hikmətəli Müzəffəri yeni açıqlama verib.

“Seçkilər günü (19 may) seçki dairəsindən kənar bir yerdə Şəhər Şurasına namizədlərin bir qrup tərəfdarı arasında qarşıdurma yaranmışdır. Hadisə ilə əlaqədar təhlükəsizlik qüvvələri ilk olaraq 20, sonra isə 15 nəfəri yaxalamışdır”- deyə o bildirib.

 

Saxlanılan şəxslərin hamısının artıq zəmanətə buraxıldığını bildirən H.Müzəffəri bu barədə geniş məlumat verməkdən yayınıb.

“Təhlükəsizlik qüvvələri nizam-intizamı qorumaq məqsədi ilə onları saxlayıb, lakin artıq hamısı zəmanətə buraxılıb. Onlarla bağlı məhkəmə prosesi başlayacaq”- deyə o qeyd edib.

 

Şərqi Azərbaycan Ədliyyə Şöbəsinin rəisi əlavə edib ki, seçkilər günü Təbrizdə rəsmi orqanlardan birinin məmuru dövlət avtomobili ilə prezidentliyə namizədlərin birinin təbliğat bannerini daşıyıb, həmin şəxs təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və bir müddət sonra sərbəst buraxılıb.

 

Qeyd edək ki, İranda Şura Seçkilərinə namizədlər və onların tərəfdarları arasında ixtilaflar adi hala çevrilib, tərəflər arasında bəzən ciddi qarşıdurmalar yaşanır.

 

Təbriz Şəhər İcra Hakimiyyətinin yaydığı məlumata əsasən mayın 19-da keçirilən Şura Seçkilərində aşağıdakı namizədlər Şəhər Şurasına yol tapıb.

Qazanılan səslərin sayına görə sıralama:

1.Şəhram Dəbiri

2.Şəkur Əkbərnəjad

3.Fridun Babayi Əqdəm

4.Məhərrəm Məhəmmədzadə

5.Səid Dəbbağ Nikuxislət

6.Abdulla Tağıpur Həllacan

7. Fərəc Məhəmməd Qulizadə

8. Soniya Əndiş  

9.Məhəmməd Baqir Beheşti

10.Kərim Sadiqzadə

11.Əli Acudanzadə

12.Qulam Hüseyn Məsudi Reyhan

13.Məhəmməd Əşrəf Niya

 

N.S

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV Sep.22.2020 : “Dalana dirənən İran! Vaşinqton rəsmi Tehrana qarşı təzyiq siyasətini sonadək qoruyacağını açıqladı”

2020-09-22

gun az article

Şərqi Azərbaycanda hər gün 7 nəfər koronavirusdan ölür

2020-09-22

gun az article

Qızılözən çayı ətrafında yaşayan nadir heyvanın nəsli kəsilməkdədir

2020-09-22

gun az article

Güney Azərbaycanda növbəti ətraf mühit faciəsi: Zəncanda minlərlə balıq tələf olub

2020-09-22

gun az article

Təbrizdə baş verən yol qəzasında 2 nəfər ölüb

2020-09-22

gun az article

Şərqi Azərbaycan əyalətində davada xəsarət alanların sayı artıb

2020-09-22

gun az article

GünazTV Sep.21.2020: PARLAQ GƏLƏCƏK: Tetik Mexanizmi'nin Tə'sirləri

2020-09-22

gun az article

Təbriz Universitetində türk dili və ədəbiyyatı üzrə təhsil alan ilk tələbələr məzun olub + GÖRÜNTÜ

2020-09-21

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-21

gun az article

İran rəsmisi Muğanda neft yataqlarının axtarışına başlanacağını açıqlayıb

2020-09-21

gun az article

Həbsə məhkum edilən 2 milli fəalın məzuniyyəti uzadılıb

2020-09-21

gun az article

Xorasan türkləri Nadir Şah haqqında kitab nəşr edib

2020-09-21

gun az article

Güney Azərbaycanda 3 işçi qazdan zəhərlənərək ölüb

2020-09-21

gun az article

İranlı nazir Azərbaycanın Təkab şəhərini Kürdüstan adlandırıb + VİDEO

2020-09-20

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-20

gun az article

“Durnalar yuvası”  stadionunun türkcə lövhəsi qaytarılıb

2020-09-20

gun az article

Qızıl şəhəri Təkab sürgün məntəqəsi kimi təqdim olunub

2020-09-20

gun az article

Azərbaycan adını təhrif edən mağazalar şəbəkəsi düzəliş etməyə məcbur olub

2020-09-20

gun az article

Yüzlərlə iraqlı kürd tələbəsinin Təbrizə yerləşdirilməsi barədə məlumatlar yayılıb

2020-09-19

gun az article

Güney Azərbaycanın Zəncan və Həmədan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-19