Təbrizdə Şura Seçkilərində verilən səslər yenidən sayılacaq

Təbrizdə Şura Seçkilərində verilən səslər yenidən sayılacaq

GünAz TV: Təbrizdə Şura Seçkilərinin nəticələri ləğv oluna bilər.

 

Şura seçkilərində yol verilən qanun pozuntuları ilə əlaqədar mayın 26-da  “Fars news”a danışan Təbrizin İran parlamentindəki millət vəkili Əhməd Əlirzabəyli təmsil etdiyi şəhərdə bəzi məntəqələrdə səslərin yenidən sayılacağını açıqlayıb.

 

“Seçkilərin nəticəsinə etiraz edən namizədlərin sözlərinə və bəzi faktlara görə, seçkilərdən öncə və səsvermə günü bir sıra qanun pozuntularına yol verilib, bu çox düşündürücüdür. Şəhər Şurası Seçkilərinə Nəzarət Heyətinin məsuliyyəti millət vəkillərinin üzərinə düşdüyü üçün, qarşıdakı günlərdə verilən səslərin 10 faizi və şübhə doğuran sandıqların səsləri yenidən sayılacaq. Biz artıq keçən gecə seçkilərin nəticəsinə etiraz edən 60-dan çox namizədlə bir araya gəldik və onların etirazını əks etdirən bir mətn də hazırladıq. Ümid edirəm ki, səslərin 10 faizi yenidən sayıldıqdan sonra yaranan problem öz həllini tapacaq”- deyə millət vəkili bildirib.

 

Ötən günlərdə seçki şurasına namizədlərdən bir neçəsi Təbriz Şəhər İcra Hakimiyyətinə (fərmandari) müraciət edərək seçkilərin nəticəsi və hətta seçkiqabağı namizədlərə səlahiyyət verildiyi dönəmdə qanun pozuntularına yol verildiyini vurğulayıblar. Seçkilərin formal və öncədən təyin edilmiş şəkildə keçirildiyini iddia edən namizədlər səslərin yenidən sayılmasını tələb edirlər.

 

Təbriz Şəhər İcra Hakimiyyətinin açıqlamasına görə aşağıdakı namizədlər Şəhər Şurasına yol tapıblar.

 

Təbriz Şəhər Şurası üzvləri:

1.Şəhram Dəbiri 2.Şəkur Əkbərnəjad 3.Fridun Babayi Əqdəm 4.Məhərrəm Məhəmmədzadə 5.Səid Dəbbağ Nikuxislət 6.Abdulla Tağıpur Həllacan 7. Fərəc Məhəmməd Qulizadə 8. Soniya Əndiş 9.Məhəmməd Baqir Beheşti 10.Kərim Sadiqzadə 11.Əli Acudanzadə 12.Qulam Hüseyn Məsudi Reyhan 13.Məhəmməd Əşrəf Niya.

 

Əvəzedici üzvlər:

1.İrəc Şəhid Baher 2.Məhəmməd Həsən Əsvətçi 3.İsmail Çəməni 4.Nüsrətulla Şahidi 5.Məhəmməd Hüseyn Cəfəri 6.Zeynəddin Herisinəjad 7.Məhəmməd Rza Xudaverdizadə 8.Musa Əşrəfi.

 

Qeyd edək ki, İranda prezident və Şəhər Şurası seçkiləri mayın 19-da keçirilib.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN