Təbrizdə tarixi Hacı Şeyx Evi satışa çıxarılıb

Təbrizdə tarixi Hacı Şeyx Evi satışa çıxarılıb

GünAz TV: İran rejimi Güney Azərbaycanda tarixi məkanları tədricən sıradan çıxarmaqdadır, bu dəfə Təbrizdə tarixi Hacı Şeyx Evi satışa çıxarılıb.

 

Tarixi məkanın satış afişası “Təbriz divarı”na vurulub. Afişada binanın artıq çökmə vəziyyətində olduğu və kommersiya istefədisinə verilməyə hazır olduğu qeyd olunub.

 

Belə bir qərar o halda verilib ki, Qacarlar dövrünə aid olan Hacı Şeyx binası 2003-cü il avqustun 5-də ölkənin milli irs siyahısına daxil edilib.

 

 

Fars bölgələrində isə vəziyyət fərqlidir. Tarixi məkanlar Mədəni İrs Təşkilatı tərəfindən necə lazımdırsa, elə də qorunur və təmir edilir, bəzi hallarda isə həmin məkanlar tarixi kimliyi və missiyasına uyğun olaraq muzey, ənənəvi hotel və s. kimi istifadə olunur.

 

 

Hacı Şeyx binası Qacarlar dövrünün gözəl memarlıq nümunələrindən biridir. Təbriz, Müasir xiyabanı, Simsarı küçəsi, No: 7-də yerləşən binanın sahəsi 600 kvadrat metrdir. Onun şimal tərəfi 3 mərtəbə, şərq və qərb tərəfi isə 2 mərtəbəlidir. Binanın şimal hissəsinin zirzəmisində çox cazibədar görünən hovuz yerləşir.

 

Təbrizin Ərk qalası, 800 illik Marağa qüllələri, Ərdəbildə 9 min illik şəhəryeri ərazisi, Sulduzda 6 min illik Həsənli Təpəsi, Urmiyənin Göytəpə kəndində 6 min illik təpə və Təbrizin tarixi məkanlarının tədricən sıradan çıxarılması İran rejiminin Azərbaycan türklərinin tarixi kimliyini silməklə bağlı gördüyü işlərin sadəcə bir hissəsidir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN