Təbrizdə təqaüdçü müəllimlər Beynəlxalq Müəllim Günündə etiraza çıxdılar – GÖRÜNTÜ

Təbrizdə təqaüdçü müəllimlər Beynəlxalq Müəllim Günündə etiraza çıxdılar – GÖRÜNTÜ

GünAz TV: Güney Azərbaycanın Təbriz şəhərində təqaüdçü müəllimlər, Beynəlxalq Müəllimlər Günündə etiraz aksiyası keçiriblər.

 

Məişət problemləri ilə bağlı keçirilən etiraz aksiyası Şərqi Azərbaycan Təhsil Şöbəsinin binası qarşısında baş tutub.

 

Müəllimlər təqaüdlərinin gecikdirilməsi, müəllimlərlə digər peşə sahiblərinin təqaüdləri arasında olan fərq, məişət problemləri və s. kimi məsələlərə etiraz ediblər.

 

Etirazçılar üzərində “həbsdəki müəllimləri azad edib”, “Bir korrupsiya azalarsa, bizim problemimiz öz həllini tapar”, “Yoxsulluq həddi 4 milyon tümən, bizim təqaüdümüz 1 milyon”, “Təhsil Nazirliyi Şöbələrini özəlləşdirməyi dayandırın”, “Pulsuz və keyfiyyətli təhsil şagirlərin haqqıdır” və s. kimi şüarlar yazılmış plakatlar qaldırıblar.

 

İranda müəllimlər ən az maaş alan hökumət işçiləri sırasındadır. Onlarla İslam İnqilabı Keşikçilər Korpusunun üzvləri, Bəsic (yarım-silahlı könüllü dəstələr) və ruhanilərin maaşını müqayisə edəndə, müəllimlərin həqiqətən də yoxsul vəziyyətdə yaşadıqları məlum olur. Bundan əlavə, rejimin ideologiyasını qoruyan qüvvələr maaşlarından başqa korrupsiya yolu ilə kalan miqdarda pul əldə edirlər. Belə hallara etiraz edən müəllimlər isə məhkəmə tərəfindən uzunmüddətli həbs cəzalarına məhkum edilir.

 

 

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN