Təbrizdən yalnız bir futbolçu İranın milli komandasına dəvət edildi

Təbrizdən yalnız bir futbolçu İranın milli komandasına dəvət edildi

GünAz TV: Təbriz futbolunun nümayəndəsi kimi yalnız Məhəmmədrza Əxbari İranın milli komandasına dəvət olunub.

 

Son məlumata görə, futbol üzrə İran milli komandasının baş məşqçisi Carlos Queiroz Qətər və Çin komandalarının qarşısında oynayacaq 23 futbolçunun adını açıqlayıb. Ölkənin milli komandasına dəvət olunan oyunçular arasında Təbriz futbolundan yalnız bir nəfərin adı çəkilib.

 

İran və İraq komandalarının görüşündən öncə milli komandaya dəvət olunan oyunçuların siyahısında “Qostəreşe fulad”dan Məsud İbrahimzadə və “Traxtur”dan Məhəmmədrza Əxbarinin adı yer almışdır. Lakin son açıqlanan siyahıda yalnız M.Əxbarinin milli komandaya dəvət edildiyi məlum olub.

 

Beləliklə 3 komanda (“Traxtur”, “Qostəreşe fulad” və “Maşınzasi”) ilə super liqa yarışlarında təmsil olunan Təbrizdən yalnız bir oyunçu İranın milli komandasında iştirak edəcək.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN