Təbrizin İcra Hakimiyyətiti başçısı Hel Zavodunda baş verənlərə münasibət bildirib - GÖRÜNTÜ

2017-08-21 12:17

GünAz TV: Son günlərdə, Təbrizdə yapışqan istehsal edən Hel Zavodu, işçiləri zorla namaz qıldırdığına, namaz qılmayan işçiləri cərimə və işdən çıxarmaqla təhdid etdiyinə görə mətbuatın gündəminə düşüb. Bundan sonra Təbriz Şəhər İcra Hakimiyyəti başçısı Rəhim Şöhrətifər zavodda baş verən hadisələrə münasibət bildirib.


 
O bu barədə “Anac” xəbər agentliyinə danışıb.


 
“Hel Zavodunun müdiri 300 nəfərdən çox insanı işlə təmin edib, zavodun fəal sistemi var və işləri yaxşı irəli gedir.
Mən şənbə günü zavodun müdiriyyəti ilə əlaqə saxladım və ona müəyyən məsələləri xatırlatdım. Dedim ki, biz islam qayda-qanunlarından kənara çıxa bilmərik. O isə qeyd etdi ki, onun pis niyyeti olmayıb, lakin yenə də gedişatda dəyişiklik və düzəliş ediləcək”- deyə İcra Hakimiyyəti başçısı bildirib.


 
O Hel Zavodunun müdiri ilə danışıqda konkret olaraq namaz məsələsinə toxunduğunu deyib.
“Zavodun müdiriyyətindən istədim ki, işçiləri namaz qılmağa məcbur etmək yerinə, onları bu işə təşviq edərək meyilləndirmək lazımdır. Mən zavoda baş çəkdiyim zaman orada namazla bağlı hər hansı banner görmədim, lakin sonradan virtual aləmdə bu barədə məlumat əldə etdim”- deyə İcra Hakimiyyəti başçısı əlavə edib.


 
Bu barədə Hel Zavodunun sahibinə yaxın olan şəxslərdən  bəziləri GünAz TV-yə danışıb. “Onun ümumiyyətə dinə etiqadı yoxdur. O əxlaqsız əməllərini təhlükəsizlik qüvvələrindən gizlətmək məqsədi ilə özünü belə göstərir, əsas məqsəd ictimaiyyətin fikirini başqa istiqamətə yönəltməkdir”- deyə bildirilib.

 

 

Avqustun 18-də virtual aləmdə Hel Zavodundan bir görüntü yayılıb. Görüntüdə zavod işçilərinin namaz qıldığı məkanın divarında namaz qılmağın məcburi olduğunu göstərən banner əks olunub. Həmin bannerin üzərində yazılıb:

“Bütün kişilərin namaz qılması məcburidir. Namaz qılmayanlar ən azı 120 min tümən cərimə ödəməlidirlər və ya işdən çıxarılacaqlar. Namaz vaxtında, bütün kişilər Allahu Əkbər-i eşitdikdən sonra dəstəmaz almağa başlamalıdırlar...”

 

 

Bundan öncə zavodun sahibi, eyni zamanda müdiri olan Xəlil Nəzəri yayılan xəbərə ““Bu özəl bir fabrikdir. Dövlətin olsaydı, siz haqlı olardınız, dində məcburiyyət olmaz... Kimə nə, mən bu fabriki namaz qıldırmaq üçün tikmişəm, pula ehtiyacım yoxdur,” deyə cavab vermişdir.

 

Ötən günlərdə minlərlə sosial şəbəkə istifadəçisi zavod sahibinin ad günündə çəkilmiş şəkilləri paylaşaraq onun barəsində müxtəlif sözlər yazıblar. Onlar Xəlil Nəzərini Şimali Koreya lideri Kim Con Una bənzədib və “balaca diktator” adlandırıblar.

Şəkillərin bir çoxunun əsli keçən aylar ərzində zavodun Twitter hesabından paylaşılıb.

 

 

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV Sep.22.2020 : “Dalana dirənən İran! Vaşinqton rəsmi Tehrana qarşı təzyiq siyasətini sonadək qoruyacağını açıqladı”

2020-09-22

gun az article

Şərqi Azərbaycanda hər gün 7 nəfər koronavirusdan ölür

2020-09-22

gun az article

Qızılözən çayı ətrafında yaşayan nadir heyvanın nəsli kəsilməkdədir

2020-09-22

gun az article

Güney Azərbaycanda növbəti ətraf mühit faciəsi: Zəncanda minlərlə balıq tələf olub

2020-09-22

gun az article

Təbrizdə baş verən yol qəzasında 2 nəfər ölüb

2020-09-22

gun az article

Şərqi Azərbaycan əyalətində davada xəsarət alanların sayı artıb

2020-09-22

gun az article

GünazTV Sep.21.2020: PARLAQ GƏLƏCƏK: Tetik Mexanizmi'nin Tə'sirləri

2020-09-22

gun az article

Təbriz Universitetində türk dili və ədəbiyyatı üzrə təhsil alan ilk tələbələr məzun olub + GÖRÜNTÜ

2020-09-21

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-21

gun az article

İran rəsmisi Muğanda neft yataqlarının axtarışına başlanacağını açıqlayıb

2020-09-21

gun az article

Həbsə məhkum edilən 2 milli fəalın məzuniyyəti uzadılıb

2020-09-21

gun az article

Xorasan türkləri Nadir Şah haqqında kitab nəşr edib

2020-09-21

gun az article

Güney Azərbaycanda 3 işçi qazdan zəhərlənərək ölüb

2020-09-21

gun az article

İranlı nazir Azərbaycanın Təkab şəhərini Kürdüstan adlandırıb + VİDEO

2020-09-20

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-20

gun az article

“Durnalar yuvası”  stadionunun türkcə lövhəsi qaytarılıb

2020-09-20

gun az article

Qızıl şəhəri Təkab sürgün məntəqəsi kimi təqdim olunub

2020-09-20

gun az article

Azərbaycan adını təhrif edən mağazalar şəbəkəsi düzəliş etməyə məcbur olub

2020-09-20

gun az article

Yüzlərlə iraqlı kürd tələbəsinin Təbrizə yerləşdirilməsi barədə məlumatlar yayılıb

2020-09-19

gun az article

Güney Azərbaycanın Zəncan və Həmədan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-19