Təbrizin “Maşınsazi” klubu fəaliyyətini bərpa edir, kluba yeni icraçı direktor təyin olunub

Təbrizin “Maşınsazi” klubu fəaliyyətini bərpa edir, kluba yeni icraçı direktor təyin olunub

GünAz TV: Avqustun 18-də Təbrizin “Maşınsazi” klubunun bütün üzvləri, o cümlədən oyunçular və texniki heyət klubla aralarında olan müqaviləni ləğv edərək “Maşınsazi”dən ayrıldıqlarını elan etdilər.

 

Müqavilədə qeyd olunan pul tələblərini klubdan ala bilməyən oyunçular, “Maşınsazi”nin keçmiş sahibi Şəriətzadə ilə keçirdikləri iclasdan sonra belə qərara gəliblər. Oyunçulardan 3 gün öncə isə klubun icraçı direktoru Hüseyn Xətibi tutduğu vəzifədən istefa vermişdir.

 

Yaşanan böhrandan sonra klubun lisenziyası Məhəmmədrza Zenuziyə satıldı, artıq Təbriz klubun fəaliyyətində canlanma müşahidə olunur.

 

M.Zenuzi klubu aldıqdan sonra Təbriz klubunda yeni dövr başlayıb və müxtəlif postlara kadrlar təyin olunur. Son məlumata görə, Təbriz Şəhər Şurasının keçmiş üzvü Səid Hacızadə klubun sahibi tərəfindən icraçı direktor vəzifəsinə  təyin olunub.

 

Mətbuatda yayılan məlumata əsasən, “Maşınsazi” klubu ölkənin super liqa yarışlarına qayıtmaq qərarında ciddidir, bu istiqamətdə bir çox addımlar atır.

 

Təbriz Bələdiyyəsinin sponsorluq etdiyi “Maşınsazi” komandası ötən mövsümdə super liqada yaxşı nəticə əldə edə bilmədiyi üçün birinci dəstəyə düşüb. Bundan sonra yeni sahibi Şəriətzadəyə təhvil verilən klub bir çox maliyyə problemi ilə üz-üzə qalaraq bütün oyunçuları əldən vermişdir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN