Təbrizin “Maşınsazı” klubunda böhran yaşanır: Klubun icraçı direktoru istefa verdi

Təbrizin “Maşınsazı” klubunda böhran yaşanır: Klubun icraçı direktoru istefa verdi

GünAz TV: Təbrizin “Maşınsazi” Futbol Klubunun icraçı direktoru Hüseyn Xətibi ötən gün axşam saatlarında tutduğu vəzifədən istefa verib.


Hələlik klub rəsmisinin istefasının səbəbi ilə bağlı rəsmi məlumat açıqlanmayıb, lakin onun klubun maliyyə sıxıntıları ilə əlaqədar istefa verdiyi ehtimal olunur.

 

İran mətbuatında yayılan məlumata görə, klub müqavilədə təyin olunduğu kimi Hüseyn Xətibiyə ödəməli olduğu məbləği verə bilmədiyi üçün, o istefaya gedib.

 

Bəzi mənbələr isə problemin bununla məhdudlaşmadığını, oyunçuların da klubdan narazı olduqlarını yazıb. İnformasiyaya görə, komanda oyunçuları tələblərinin ödənilməsi ilə bağlı kluba 2 gün möhlət veriblər, əks halda şənbə günündən komandanın məşqlərinə qatılmayacaqlarını bildiriblər.

 

Qeyd edək ki, “Maşınsazi” Təbrizin önəmli futbol klublarından biridir. Son vaxtlar klubun maliyyə sıxıntıları ilə bağlı müxtəlif xəbərlər yayılır. Təbrizi və Azərbaycanı ölkə super liqasında təmsil edən “Traxtur” klubu da oxşar problemlərlə üz-üzədir. Rejimin təzyiqləri altında yoluna davam etdirən “Traxtur”, bu il FİFA-nın oyunçu transferi qadağası ilə bağlı çıxardığı qərara görə komandaya yeni oyunçuyu cəlb edə bilməyib, yalnız ötənilki oyunçuları ilə yarışlara qatılıb. Azərbaycan klublarından fərqli olaraq İranın “İstiqlal” və “Perspolis” kimi klubları dövlət tərəfindən dəstəkləndiyi üçün heç zaman belə problemlərlə üzləşmirlər.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN